Yuxarı

Ukrayna yalnız bu 5 şərtlə qalib olacaq - Video

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ukrayna yalnız bu 5 şərtlə qalib olacaq - Video

09:07

Ukraynanın hazırda ehtiyac duyduğu 5 əsas istiqamət var.

Axar.az xəbər verir ki, bu barədə Ukrayna Ali Radasının sədri Ruslan Stefançuk danışıb.

“Birinci istiqamət Rusiyaya qarşı ciddi və sərt sanksiyalar siyasətinin dəstəklənməsidir. İstisna, xüsusi şərtlər yoxdur”, - spiker söyləyib.

O vurğulayıb ki, işğalçı və müharibə maşınının iqtisadi dayaqlarını sındırmağa imkan verəcək aydın sanksiyalar siyasəti lazımdır:

“Yəni biz embarqodan danışanda bütün enerji daşıyıcılarına məhdudiyyətin tətbiq edilməsini, SWIFT-dən çıxarılmanın bütün bankları əhatə etməsini, limanlar dedikdə Rusiyanın gəmiləri ilə bağlı bütün əməliyyatları nəzərdə tuturuq. Heç bir istisna, iqtisadi maraq, gizli iqtisadi fayda olmamalıdır.

İkinci istiqamət Ukraynanın iqtisadi və maliyyə dəstəyidir, çünki müharibə səbəbindən Ukrayna iqtisadiyyatı tam gücü ilə işləyə bilmir.

Üçüncü istiqamət bizim üçün son dərəcə vacibdir - bu, Avropaya inteqrasiyamızın dəstəklənməsidir. Ukrayna xalqı Avropaya inteqrasiyaya layiqdir".

Parlamentin sədri dördüncü istiqamət olaraq Ukraynaya hərbi dəstəyin zəruriliyini qeyd edib:

“Bizim üçün həlledici olan beşinci istiqamət Ukraynanın bərpası üçün baş planın qurulmasıdır. Ancaq belə bir plan Ukraynanın bərpasından deyil, Ukrayna ilə birlikdə Avropanın bərpasından bəhs edəcək”.

Tarix
2022.04.28 / 11:38
Müəllif
Pərviz Həsənov
Digər xəbərlər

İran rejiminin süqutu başlayıbmı?

Türkiyəni işğaldan İran xilas edib? - Qalmaqal böyüdü

Dövlət müəssisələrinin borclanmasına limit qoyulacaq

"Avronyus" İlham Əliyevin Dublin səfərindən yazdı

Bu, Bakı ilə münasibətlərdə yeni fəsil açacaq - Vud

Hacıyevin işdən çıxarılmasının səbəbi - İşdə sevgi macərası

Universitetlərə bu statusun verilməsi ilə bağlı tələblər

Bu məhsulların gömrük rüsumları dəyişdi

İlham Əliyevin İrlandiyaya səfəri başa çatdı

Axtarışda olan şəxs Azərbaycana gətirildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla