Yuxarı

Ənənə pozuldu: Obama çinlilərdən qorxdu

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ənənə pozuldu: Obama çinlilərdən qorxdu

Barak Obama bu dəfə Nyu Yorka gedərkən başqa oteldə qalacaq.

ANS press-in məlumatına görə, ABŞ başçıları 1929-cu ildən bəri ənənəvi olaraq, Nyu Yorka getdikləri zaman Valdorf Astoriya otelində qalıblar. Lakin ötən il həmin oteli Çin əsilli bir iş adamı alıb. Buna görə də artıq Ağ Ev sakinləri Nyu Yorka getdikləri zaman başqa bir yerdə qalacaqlar.

Buna səbəb isə, amerikalıların Çinlilər tərəfindən otelin otaqlarına kiçik kameraların yerləşdirilməsindən ehtiyat etmələridir.

Sentyabrın 16-da Nyu Yorkda BMT Baş Assambleyasının konfransı keçiriləcək. Burada ABŞ prezidenti Barak Obama da iştirak edəcək. Lakin bu dəfə onun Valdorf Astoriya otelində deyil, başqa bir oteldə qalacağı deyilir. Amma prezidentin qonaq olacağı məkan hələ açıqlanmır.

Valdorf Astoriya oteli 2007-ci ildə tikilib. Rəsmi görüşlərin məkanı olan bu otel keçən ildən "Anbang İnsurance Group" rəhbəri, çinli bir biznesmen tərəfindən 1.95 milyard dollara alınıb. Otel 47 mərtəbədən, 1413 otaqdan ibarətdir. Bağlanmış Hilton müqaviləsinə əsasən, idarəetmə adı çəkilən şirkətə 100 illik etibar edilib.

Tarix
2015.09.13 / 11:52
Müəllif
Axar.az
Digər xəbərlər

İsraildə seçkinin ilkin nəticəsi - Netanyahu uduzur

Bərdədəki terrordan 6 il ötür

Yaşar Gülərdən Azərbaycanla bağlı mühüm mesaj..

AMEA rəhbərliyi Ramiz Mehdiyevlə bağlı iclas çağıracaq

Ramiz Mehdiyevin müsadirə edilən əmlakları - Siyahı

AB indi də Dehliyə ümid edir: Putin onu eşitməyəcək!

Ramiz Mehdiyevin əmlakları müsadirə edildi, təltifləri isə...

Baxçalıdan Azərbaycan açıqlaması: Türk dünyasının gücü...

Bakıda mühüm tədbir: Prezident çıxış etdi - Foto

Fransa ən elementar siyasi tələbi təhlükə kimi görür - Abbasov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla