Yuxarı

Rusiyadan Ermənistana pul daşınır – Rekord məbləğ

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Rusiyadan Ermənistana pul daşınır – Rekord məbləğ

Aprel ayı ərzində Ermənistana xarici ölkələrdə şəxsi pul köçürmələr rekord səviyyəyə - 357,9 milyon dollara çatıb.

Axar.az xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb.

Bildirilib ki, bu rəqəm mart ayındakından 105,2 milyon dollar çoxdur.

Pul köçürmələri bütün ölkələrdən azalıb, əvəzində isə Rusiyadan kəskin artıb. Belə ki, mart ayı ərzində ABŞ-dan 4,7 milyon dollar (7,7%), digər ölkələrdən isə 6,9 milyon dollar (9,1%) az vəsait köçürülüb. Rusiyadan köçürmələr isə 116,8 milyon dollar (iki dəfə çox) artıb.

İllik müqayisədə Rusiyadan köçürmələr fevralda 1,6 dəfə, martda 1,9 dəfə, apreldə isə 3,7 dəfə çox olub.

Erməni mediasının iddiasına görə, Rusiyadan köçürmələrin bu qədər kəskin artmasına səbəb bu ölkəyə tətbiq edilən sanksiyalardır. Belə ki, sanksiyalardan sonra Rusiyadan onminlərlə İT mütəxəssisi çıxıb. Onların bir qismi Ermənistana pul köçürərək, vəsaitlərini bu yolla ölkədən çıxarıblar.

Bunun sübutu kimi Ermənistandan çıxarılan vəsaitlər göstərilib. Belə ki, aprel ayında Ermənistandan xarici ölkələrə 150,7 milyon dollar vəsait çıxarılıb – bu rəqəm ötən ilin eyni dövrü ilə müqayisədə 56,9 milyon dollar çoxdur.

Mart ayında isə Ermənistandan pul çıxarılması rekord səviyyədə olub – 162,1 milyon dollar.

Erməni mediası bunu həmin ərəfədə Ermənistana gələn onmunlərlə rusiyalı ilə izah edir. İddia edilir ki, Ermənistan vasitəsilə həmin şəxslərin böyük əksəriyyəti xaricə gedib.

Tarix
2022.06.07 / 08:45
Müəllif
Axar.az
Digər xəbərlər

MM təsdiqlədi: Bu dövlət rüsumu 50 manat oldu

Azərbaycanın bu modeli 700 milyon insana xidmət edir

Baş nazirdən Şuşa ilə bağlı yeni qərar

Berdiməhəmmədov sabah Gürcüstana səfər edəcək

Burada olmaq həmişə şərəfdir - Hikmət Hacıyev

Türkiyə növbəti dəfə bütövlüyünü qorudu - Vəliyev

Hüseyn Əsgərli bu mərkəzin direktoru təyin edildi

Azərbaycana turist axınının azalmasının səbəbi...

Azərbaycanla bu ölkə arasında viza rejimi ləğv edilir

Azərbaycana uçuş həyata keçirən aviaşirkətlərin diqqətinə!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla