Yuxarı

Ərdoğanın bütün tələbləri qəbul edildi – Tam qələbə

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ərdoğanın bütün tələbləri qəbul edildi – Tam qələbə

Bu, Türkiyə və Prezident Rəcəb Tayyib Ərdoğanın tam qələbəsidir, çünki onun bütün tələbləri həm İsveç, həm Finlandiya dövlətləri tərəfindən yerinə yetirilib.

Axar.az xəbər verir ki, bunu “Sputnik”ə açıqlamasında IMEMO RAS-ın baş elmi işçisi, Qara dəniz-Xəzər bölgəsinin Siyasi və Sosial Tədqiqatlar İnstitutunun direktoru Viktor Nadein-Raevski deyib.

“Ərdoğan öz hərəkətləri ilə aşkar, qeyd-şərtsiz qələbə qazandı. Tam qələbə. Birincisi, PKK-nın bu ölkələrdə qadağan olunmasını təmin etdi, bu, onun üçün son dərəcə vacibdir. İkincisi, cinayətdə şübhəli bilinənlərin ekstradisiyası və s. Türkiyə, ümumiyyətlə, bu partiyanın bütün üzvlərindən şübhələnir”, - Nadein-Raevski bildirib.

Qeyd edək ki, İsveç və Finlandiya Ankaranı narahat edən bütün məsələləri nəzərə alan memorandum imzalayıb. Türkiyə də öz növbəsində İsveç və Finlandiyanın NATO-ya daxil olmasına etirazını geri götürüb.

Tarix
2022.06.29 / 14:25
Müəllif
Aygün Yaşar
Digər xəbərlər

Azərbaycan və Norveç siyasi məsləhətləşmələr apardı

Netanyahu 5 gündən sonra gedir? – Ekspert

Türkiyə ilə sərhədin açılması üçün... - Paşinyan

Paşinyan fikrini dəyişdi - Sülh sazişi ilə bağlı tarix...

Paşinyan onu Azərbaycana qaytaracaqlarını açıqladı

Rumıniyada qalmaqal: Azərbaycanın adı niyə çəkilir?

İrəvan üçün Moskva yox, Bakı ilə münasibətlər... - Mehrabyan

Mirzoyandan sülh sazişi ilə bağlı açıqlama

Nikol sülhü uzadır, Bakının cavabı ağır olacaq

Əhməd Yılmazdan Azərbaycan çağırışı: Buna öyrəşin!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla