Yuxarı

Zelenski şərt qoydu: Əgər Putin orda olsa...

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Zelenski şərt qoydu: Əgər Putin orda olsa...

Ukrayna və bir neçə digər ölkələrin noyabrda keçiriləcək G20 sammitində iştirakı Rusiyanın orada olub-olmamasından asılı olacaq.

Axar.az xəbər verir ki, bunu Ukrayna Prezident Vladimir Zelenski bildirib.

“Bu yaxınlarda İndoneziya prezidenti Ukraynaya səfər etdi, biz bu məsələni müzakirə etdik. O, şəxsən mənə G20 toplantısına dəvətnamə təqdim etdi. Biz bu dəvətə görə minnətdarıq, lakin bizim orada iştirakımız Rusiyanın orada olub-olmayacağından asılıdır”, - Zelenski bildirib.

O vurğulayıb ki, Ukraynanın sammitdə iştirakı həm də təhlükəsizlik şəraitindən asılı olacaq.

Qeyd edək ki, təzyiqlərə baxmayaraq, G20 sammitinə ev sahibliyi edəcək İndoneziya Rusiya liderinə dəvət göndərdiyini və bu dəvəti geri çəkməyəcəyini bildirib. Kreml isə iştirakla bağlı dəqiq qərar vermədiyini açıqlayıb.

Tarix
2022.07.04 / 08:15
Müəllif
Axar.az
Digər xəbərlər

Kərimlilərin ermənilərlə işbirliyi: Mükafatın verildiyi gün...

Bakı və London arasındakı bəyannamə... - Qafarov

İlham Əliyev Mahmud Abbası təbrik etdi

Azərbaycan Fələstini təbrik etdi

Fulya Leyla Əliyeva ilə videosunu bu mahnı ilə paylaşdı

Leyla Əliyeva COP31 çərçivəsində mühüm görüş keçirdi

Avropanın Azərbaycana marağı niyə artır? - Momınkulov

Leyla Əliyeva Xəzər dənizinə aid problemləri qabartdı

Dünya prezidenti olsaydınız, nəyi dəyişərdiniz? - Əliyevin cavabı

Orta aylıq əmək haqqı nə qədər artacaq?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla