Yuxarı

Bu raketlər Ukrayna üçün kifayət qədər dağıdıcıdır

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bu raketlər Ukrayna üçün kifayət qədər dağıdıcıdır

Rusiya Ukraynaya qarşı müharibədə dəqiq idarə olunan raketlərin 50-60%-ni artıq xərcləməsinə baxmayaraq, hələ də çoxlu ehtiyata malikdir. Köhnə raketlər daha az dəqiqdir, lakin Ukrayna üçün kifayət qədər dağıdıcıdır.

Axar.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələri komandanlığının sözçüsü Yuri İqnat ümummilli telemarafonun efirində deyib.

"Rusiya kimi bir ölkə özünü bu silahlarla, belə demək mümkünsə, xarici təhlükələrdən qorumalıdır. Onlar isə öz potensiallarının yarısını artıq Ukraynaya sərf ediblər – “İsgəndər”, “Kalibr”, X-101 və s. Rusiyada nə qədər X-22, X-59, X-58, X-31 tipli sovet raketlərinin qaldığını təsəvvür etmək olar.

Bu raketlər daha az dəqiq ola bilər, lakin onlar bizim üçün heç də az dağıdıcı deyil. Yüksək dəqiqlikli silahlardan danışırıqsa, bəli, onların artıq pula qənaət etdikləri, bizə qarşı daha çox sovet modellərindən istifadə etdikləri göz qabağındadır”, - İqnat əlavə edib.

Tarix
2022.07.24 / 08:00
Müəllif
Aygün Yaşar
Digər xəbərlər

Azərbaycan XİN BƏƏ-yə başsağlığı verdi

Azərbaycan-AB münasibətlərində yeni mərhələ...

Transsərhəd çaylarla bağlı xəbərlərə irad

Bakı Dublində qəbul edilən üç mühüm sənədə qoşulmadı

Putinin buna razılıq verəcəyini gözləyirik - Merz

İlham Əliyev dəyirmi masada iştirak etdi

İlham Əliyev Endi Börnhemlə görüşdü

Azərbaycanda bu institutun adı dəyişdirildi - Video

Əliyev Nauseda ilə regional sülhü müzakirə etdi

Leyla Əliyeva mühüm müzakirələrdə iştirak etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla