Yuxarı

Prezidentlər nə yeyirlər? – baş aşpazdan açıqlama

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Prezidentlər nə yeyirlər? – baş aşpazdan açıqlama

BMT-nin baş aşpazı Den Lopez Nyu Yorkda BMT Baş Assambleyasının toplantısına qatılan dünya liderlərinin nə ilə qidalandığını açıqlayıb.

Publika.az-ın məlumatına görə, prezidentlərin ən çox bəyəndikləri yeməkləri sadalayan aşpaz bildirib ki, bəzən hazır yeməklərin yoxlanması 4 saata qədər vaxt aparır:

"Təhlükəsizlik sistemi baxımından deyə bilərəm ki, 4 min adamı qidalandırmaq 170-190 dövlət başçısını qidalandırmaqdan daha rahatdır. Bizə verilən tapşırıq bir neçə qəlyanaltı, əsas yemək və desert hazırlamaqdan ibarətdir. Bütün yemək və desertlər, içkilər xüsusi əməkdaşlar tərəfindən yoxlanılır. Bu dequstasiya təxminən 4 saata qədər vaxt ala bilər".

Baş aşpaz və onun həmkarları pəhrizdə olan dövlət rəhbərlərini də nəzərə alırlar: "BMT-də prezidentlərə klassik fransız mətbəxinə aid yeməklər verilir. Deyə bilərəm ki, onlar qoyun və dana ətini çox bəyənirlər. Mən 12 ildir burada işləyirəm və bu yeməklər həmişə menyuda olub", - deyə baş aşpaz bildirib.

Bundan başqa, BMT-nin mətbəxində balıq yeməkləri və vegeterianlar üçün xüsusi yeməklər də hazırlanır.
Çox gözəl və etibarlı komandası olduğunu deyən D. Lopezin sözlərinə görə, BMT-də prezidentlər üçün yeni menyu yanvar ayında verilir, iyun ayında yeməklərin ilkin siyahısı formalaşır. İyun ayının sonunda isə artıq bütün yeməklərin siyahısı təsdiqlənir.

Tarix
2015.09.28 / 23:20
Müəllif
Axar.az
Digər xəbərlər

Tarixi Vaşinqton görüşündən bir il ötür

ABŞ-la 7,5 milyardlıq saziş: Azərbaycan nələr alacaq?

Anar Bayramov direktor müavinini işdən çıxartdı

“Məkkə sazişi”: Bu ölkələrə mesaj verildi

"Expressbank"ın kredit reytinqi növbəti dəfə təsdiqləndi

Məkkədə tarixi imza: Pul, PUA və atom bombası birləşir

Vaşinqton sazişi: Bakı dominant gücə çevrilir

Ermənistana 8 vaqon buğda, 10 vaqon daş kömür göndərilir

Vardanyanın Epşteynlə əlaqəsi: milyardlıq layihələr...

Azərbaycanın notasından sonra - Gürcüstandan açıqlama

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla