Yuxarı

Ermənistanda zorakılığa qarşı aksiya keçirildi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ermənistanda zorakılığa qarşı aksiya keçirildi

Ermənistanda son 5 ildə baş verən məişət zorakılığı nəticəsində 30 qadın ölüb, 45 uşaq anasız qalıb.

Report Ermənistan KİV-inə istinadən xəbər verir ki, "Qadınlar üzərində zorakılığa qarşı koalisiyası" İctimai Təşkilatı 2010-cu ildən hər il oktyabrın 1-ni məişət zorakılığına qarşı gün kimi qeyd edir. 5 il öncə həmin gün 20 yaşlı Zarui Petrosyan əri tərəfindən qəddarcasına döyülərək ölüb.

Xəbərdə bildirilib ki, koalisiya üzvləri Yerevanda Respublika meydanında, hökumət binası qarşısında aksiya keçiriblər. Onlar "Məişət zorakılığı haqda" qanunun qəbul olunmasını tələb ediblər.

Etiraz aksiyası keçirilən küçənin o biri hissəsində isə Ermənistanın müxtəlif şəhər və kəndlərində məişət zorakılığının qurbanı olmuş qadınların ayaqqabıları nümayiş etdirilib.

Məlumata görə, cari ilin ilk 6 ayında məişət zorakılığı nəticəsində 8 qadın ölüb. Bu əsasda baş verən hadisələrlə bağlı ictimai təşkilatlar bir ildə 2 min zəng qeydə alıb. 2015-ci ilin ilk 6 ayında polis bununla bağlı 447 zəng qeyd aldığını bildirsə də, koalisiya onların sayının 742 olduğunu bəyan edib.

Aksiyadakı plakatların mətni belə olub: "Zorakılığa laqeyd olmayın. Sizin susqunluğunuz ölümə bərabər ola bilər!".

Tarix
2015.10.01 / 21:35
Müəllif
Axar.az
Digər xəbərlər

2022-ci ildə Azərbaycanda bunun şahidi olduq - Bayraqdar

Azərbaycan və Türkiyə arasında son 10 gündə baş verənlər...

Qarabağ zəfərini bilirsinizmi kim qazandı? - Türk general

Hulusi Kılıçdan Azərbaycanla bağlı çağırış: Səsinizi kəsin!

6 il öncə Qələbəmizi izləyən güneylilər - Video

Prezident Türkiyəni nəzərdə tuturdu? - Sərrast cavab!

Medvedyev İrəvanı təhdid etdi: Yeni Ukraynaya çevriləcək

Prezidentin çıxışı ilə bağlı videoçarx paylaşıldı

YAP-ın qurultayının əsas siyasi məzmunu... – Qafarov

Kobaxidzedən TRİPP açıqlaması: Ciddi problem...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla