Yuxarı

Türkiyənin ən böyük universitet kitabxanası açıldı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Türkiyənin ən böyük universitet kitabxanası açıldı

Təhsil və bilik hər bir cəmiyyətin inkişafının açarı, İslamın tələblərindən biridir.

Axar.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda Türkiyənin ən böyük universitet kitabxanasının açılış mərasimində çıxışı zamanı deyib.

Türkiyə dövlətinin başçısı bildirib ki, İstanbul Mədəniyyət Universitetinin 1 milyon çap edilmiş nəşr fonduna malik kitabxanası eyni vaxtda 3 minə qədər tələbəyə xidmət göstərmək üçün nəzərdə tutulub.

R.T.Ərdoğan Türkiyədə kitabxanaçılığın inkişafının vacibliyini vurğulayıb.

"Təkcə son iyirmi il ərzində Türkiyədə 57 mindən çox təhsil müəssisəsi kitabxanalarla təchiz edilib və onların fondunda olan nəşrlərin sayı üç dəfə artaraq 70 milyon nüsxəyə çatıb. İlin sonuna qədər bu rəqəm 100 milyona çatacaq", - deyə Türkiyə lideri bildirib.

Onun sözlərinə görə, növbəti böyük kitabxana tezliklə İstanbulun Rami rayonunda istifadəyə veriləcək.

Tarix
2022.08.13 / 01:35
Müəllif
Axar.az
Digər xəbərlər

Paşinyandan Türkiyə açıqlaması: Yaxın zamanlarda...

Fidan, Bayramov və Boçorişvili İstanbulda görüşəcək

Gəmidə yaralanan azərbaycanlıların vəziyyəti... - XİN

Ümid edirəm ki, Bakıya gedəcəm - Paşinyan

Rusiya üçün kritik gün: Paşinyan qalib gəlsə, bitdi...

Xalq artistinin oğluna yüksək vəzifə verildi

ABŞ ifşa oldu: təyyarə gəmisinə ciddi ziyan dəyib - Foto

Azovda həlak olan azərbaycanlıların son sayı açıqlandı

Nəqliyyat Təlim Mərkəzinə direktor təyin edildi

XİN-dən vurulan gəmidəki vətəndaşlarımız barədə açıqlama

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla