Dağlıq Qarabağ ətrafında artan gərginlik Rusiyanın
maraqlarına xidmət edir və hər an müharibə başlaya
bilər.
Axar.az xəbər verir ki, bu barədə "Aljazeera.com" xəbər saytında geniş yazı dərc
edilib.
Yazıda qeyd olunur ki, müvəqqəti atəşkəs sazişinin qüvvədən
düşməsindən sonra Dağlıq Qarabağ üzərində nəzarəti ələ keçirmək
istiqamətində mübarizə aparan tərəflər arasında münaqişə
kəskinləşib. İki ölkə arasında konfliktin həlli mümkünsüz hala
gəlib, bu isə Rusiyanın işinə yarayır. Moskva 1994-cü ilin may
ayından etibarən mövcud qurumda Fransa və ABŞ arasında dominant ələ
alıb. Minsk qrupunun yaradılması ilə Moskva mövqeyini
möhkəmləndirmiş olub.
Sayt iddia edib ki, uzun müddət səssizliyin hökm sürdüyü Dağlıq
Qarabağda son vaxtlar münaqişə kəskin dərəcədə pisləşib. Müntəzəm
olaraq atəşkəs pozulur, itkilər olur.
Şərhdə bu ilin sentyabrından sürətlənən prosesin müharibəyə
doğru getməsini göstərən 3 əsas səbəb aşağıdakı kimi xarakterizə
edilib:
1. Artıq snayperlər əvəzinə top, raket atışları ilə hücumlar
edilir. Bu vəziyyət daha ciddi fəsadların olacağından,
əməliyyatların miqyasının əhəmiyyətli dərəcədə artacağından xəbər
verir.
2. Qarşıdurmanın sahəsi Dağlıq Qarabağın sərhədlərini aşır və
hazırda Ermənistan-Azərbaycan sərhədindəki əraziləri əhatə edir.
Münaqişə sahəsinin genişlənməsi ilə pilotsuz hava vasitələrindən
istifadə də azalıb.
3. Diplomatik variantlardan daha çox silahlı qüvvələrə üstünlük
verilməyə başlanıb.
Artıq sülh danışıqlarına ümidini itirən Azərbaycan hücum
əməliyyatına üstünlük verir. Buna qarşılıq Ermənistanın
Azərbaycanın hücumlarına çətinliklə cavab verməsi münaqişənin
böyüməsinə yol açır.
Hazırda hər iki tərəf də çətin bir dönəmə daxil olur, gərgin
savaşın içərsinə yuvarlanır.
Bu proseslər zamanı mövqeyini möhkəmləndirən isə yalnız Rusiya
oldu. Moskva tərəflərə silah verir, vasitəçilik edir, üstəlik,
fəlakətin baş verib-verməməsinə qərar verəcək açar ölkə durumuna
gəlib.
Dağlıq Qarabağ probleminin həlinin mümkünsüz hala gəlməsi, hər iki
tərəfdə hərbi proseslərin başlanması Rusiyanın güc və təsirini
artırıb. Moskva bu münaqişədən "təsadüfən bir müharibə" başladaraq
regionda yeni düşmənlər yaratmaqla gücünü artırmaq
niyyətindədir.
Rusiyanın siyasətində belə bir təhlükəli manevrə qarşı NATO
Gürcüstanda hərbi təlim bazası yaratmaqla reaksiya verdi.
Rusiya həmçinin Dağlıq Qarabağa sülhməramlı qüvvələrini yeridərək
bölgədə gücünü Cənubi Qafqaza yaymaq istəyir. Ancaq strateji
baxımdan belə bir durum region üçün Rusiyanın Ukraynada yaratdığı
müharibədən daha artıq bir qeyri-sabitlik yaradar.
Daha da əhəmiyyətlisi budur ki, Dağlıq Qarabağ müharibəsi sürətlə
böyüyə, Türkiyə və İranın da qarşılıq verməsinə səbəb ola
bilər.
Bu səbəbdən Qərb dövlətləri Rusiyanın Dağlıq Qarabağda "təsadüfi
müharibə" planının qarşısını almaq üçün mövqelərini ortaya
qoymalıdırlar.