Yuxarı

Krımda Rusiya mifi dağıldı - Ekspert

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Krımda Rusiya mifi dağıldı - Ekspert

Krımda baş verən hadisələr hərbi və informasiya xarakteri daşıyır. Ukraynanın oraya müntəzəm ağır zərbələri Rusiyanın zəifliyini nümayiş etdirdi.

Axar.az xəbər verir ki, bu barədə Ukrayna Hərbi Hüquqi Araşdırmalar Mərkəzinin direktoru Aleksandr Musienko deyib.

“Baş verən hadisələr Krımın güclü mühafizə olunması və məğlub olmayan aviasiya ilə bağlı Rusiyanın yaratdığı mifləri ifşa etdi. Sevastopoldan sonra Rusiyanın həssas olduğu artıq aydındır. “Bavovna”da, Sevastopolda Rusiyanın Qara dəniz Donanmasının komandanlığına güclü zərbələr, həmçinin, Novofedorovkada və Kerç yaxınlığındakı partlayışlar Rusiyadan Krıma yaşamaq və dincəlmək üçün gələn insanlara da böyük təsir edib”, - Musienko deyib.

O vurğulayıb ki, Krımda baş verənlər Rusiyanın imicinə zərbə vurub:

“Rusiyanın Hindistan və Türkiyəyə reklam edərək satmağa çalışdığı S-400 hava hücumundan müdafiə sistemlərinin imicinə zərbə dəydi. Aerodroma endirilən zərbə nəticəsində Rusiyanın Qara dəniz Donanmasının dəniz aviasiyası - hücum və bombardmançı təyyarələri artıq məhv edilib. Bütün bu hücumlar Krım yarımadasının azad edilməsi üçün ilkin şərtlərdir. Əvvəlcə Ukrayna qüvvələri yaxın arxa cəbhəni darmadağın etdi. İndi isə növbə uzaq arxa cəbhənindir”.

Tarix
2022.08.23 / 08:15
Müəllif
Sayalı Abasova
Digər xəbərlər

Azərbaycanda büdcə layihəsi ilə bağlı əlavə risklər açıqlandı

Rusiya Ukrayna üçün xəritə “cızdı” - Foto

Türkiyə ilə sərhədlərin tam açılmasına çox yaxınıq - Nikol

İran rejiminin süqutu başlayıbmı?

Quterreşdən anlamlı çıxış: Belə sülh qura bilməzsiniz...

Türkiyəni işğaldan İran xilas edib? - Qalmaqal böyüdü

Dövlət müəssisələrinin borclanmasına limit qoyulacaq

"Avronyus" İlham Əliyevin Dublin səfərindən yazdı

Bu, Bakı ilə münasibətlərdə yeni fəsil açacaq - Vud

Hacıyevin işdən çıxarılmasının səbəbi - İşdə sevgi macərası

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla