Yuxarı

İngiltərə Argentinayla müharibəyə başlaya bilər

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
İngiltərə Argentinayla müharibəyə başlaya bilər

İngiltərə ilə Argentina arasında uzun müddətdir gərginliyə səbəb olan Folklend adaları yenidən gündəmə gəlib. London xarici siyasət idarəsinin rəhbəri Filip Hammond adaların heç vaxt Argentinaya verilməyəcəyini açıqlayıb.

Axar.az xəbər verir ki, Mançester şəhərində təşkil edilən toplantıda danışan xarici işlər naziri adalara qarşı təzyiqə son verilməsini tələb edib. O, Argentina Prezidenti Kristina Fernandes de Kirşnerə səslənərək İşçi Partiyasının lideri Ceremi Korbinin sözlərinə uymamağa çağırıb:

"İşçi Partiyasının lideri nə deyirsə desin, Mühafizəkarlar hökuməti Folklend adalarında yaşayanları əsla satmayacaq".

Xatırladaq ki, bir neçə gün öncə Argentinanın Folklend adaları üzrə naziri Daniel Filmus Ceremi Korbinin Folklend adalarının gələcəyi ilə bağlı müzakirələrə müsbət yanaşdığını açıqlamışdı.

Argentina ilə solçu lider arasında isti münasibətlər ötən aydan başlayıb. Xanım Kirşner sentyabrın 12-də "yaxşı bir Latın Amerika dostu" adlandırdığı Korbini qələbə münasibətilə təbrik etmişdi.

Məlumat üçün bildirək ki, XIX əsrin əvvəllərində Argentina suverenliyini bəyan edərkən Folklend adalarını öz ərazisinə daxil edib. 1833-cü ildə isə ingilislər buraya hücum edərək arxipelaqı tutub. Birinci Dünya müharibəsi illərində adanı almanlar ingilislərin əlindən almağa cəhd etsələr də, buna nail ola bilməyiblər.

Lakin Argentina uzun illərdir ki, arxipelaqı özünə qaytarmaq üçün ciddi cəhdlər göstərir. 1982-ci ildə isə Argentina məsələni hərbi yolla həll etmək qərarına gəlib və adaya ordu çıxarılıb. Bu zaman iki dövlət arasında müharibə başlayıb. "Dəmir ledi" Marqaret Tetçerin başçılıq etdiyi o vaxtkı Böyük Britaniya hökuməti ən yaxın müttəfiqi ABŞ-ın hərbi və siyasi dəstəyi ilə Argentinanı ağır məğlubiyyətə düçar edib. İki aya yaxın davam edən müharibədə 649 argentinalı və 255 britaniyalı həlak olub.

Tarix
2015.10.06 / 20:40
Müəllif
Şəmsəddin Ənsar
Digər xəbərlər

İsrail necə hərbi avadanlığı bura daşıya bilər?!

Ermənistan Azərbaycan xalqından üzr istəməlidir

İlham Əliyev İƏT-in baş katibini qəbul etdi

Azərbaycan QHT-ləri Pezeşkiana açıq məktub ünvanladı

Prezident Aleksandr Zuyevi qəbul etdi - Foto

İlham Əliyev BMT nümayəndəsini qəbul etdi - Foto

Saral istefasından yazdı: Şərəf duyduğum vəzifəm...

Ceyhun Bayramov Tom Berendsenlə görüşdü

Berendsen Azərbaycandan Ermənistana gedəcək

İlham Əliyev Tom Berendseni qəbul etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla