Yuxarı

Bermud üçbucağının sirri - Elm

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bermud üçbucağının sirri - Elm

Sirr və müəmma dolu proseslərin bir çoxu texnologiyanın inkişafına baxmayaraq, hələ də elm adamlarına qaranlıq qalır.

Axar.az xarici mətbuata istinadən xəbər verir ki, illərdir araşdırılan Bermud üçbucağının sirri elm adamları tərəfindən çözülüb.

Atlantik okeanda yerləşən və "Şeytan üçbucağı" kimi də tanınan Bermud gəmilərin, təyyarələrin qeyb olduğu bir nöqtədir. Həmin nöqtədə bu günə qədər təxminən 1000-ə yaxın təyyarə, gəmi və insan yoxa çıxıb. "Bermud"la bağlı ən diqqətçəkən hadisə isə 1945-ci ildə yaşanıb. Bu ildə Floridadan havaya qalxan 5 döyüş təyyarəsinin pilotlarının Bermuda yaxınlaşdıqları vaxtda son sözləri eşidilib: "Harada olduğumuzu bilmirik. Çox güman ki, itdik".

Təcili olaraq havaya qalxan yardım qrupu təyyarələri itən 5 döyüş təyyarəsindən heç bir xəbər gətirə bilməyib. Yardım üçün havaya qalxan təyyarələrdən biri isə içindəki 13 nəfərlik heyətlə birlikdə əraziyə yaxınlaşan kimi yoxa çıxıb. Məhz bu hadisədən sonra dünyanın diqqət mərkəzində saxladığı Bermud üçbucağı daha ciddi şəkildə araşdırılıb.

Bir müddət bu nöqtədən keçən obyektlərin yadplanetlilər tərəfindən qaçırıldığı ehtimal edilsə də, yaxın günlərdə alimlər yeni nəzəriyyə irəli sürüb.

Onların fikrincə, Bermud üçbucağı deyilən yerdə maqnit sahəsi və həmin nöqtədə zəngin təbii qaz yatağı mövcuddur. Elm adamlarının gəldiyi qənaətə görə, okeanın altındakı döşəmənin yüksək gərginlikli istiliyindən müxtəlif qazlar əriyərək dəniz səthinə çıxır. Suyun səthində olan qazlar isə vakum təsiri ilə bütün obyektləri okeanın dibinə çəkir. Bundan əlavə, ərazidə mühərriklərin çalışması üçün kifayət qədər oksigenin olmadığı da iddia edilir.

Tarix
2015.10.07 / 20:47
Müəllif
Natiq Azəri
Digər xəbərlər

Türkiyədən 12 ölkənin İsraillə bağlı qərarına reaksiya

Britaniya hava limanlarında nasazlıq: yüzlərlə reys gecikir

Allahşükür Paşazadənin özəl təyyarəsi var imiş... - Video

Oyuncaq dəstində Azərbaycan və Ermənistan bayrağı - Foto

Minatəmizləmə ilə bağlı tələblər təsdiqləndi

Rəşad Aslanov etimadnaməsini Ərdoğana təqdim etdi

Məmmədov ABŞ-ın Ermənistandakı diplomatını qəbul etdi

Bu nazirliyin tərkibi ilə bağlı vacib qərar

Bakı ilə sülh üçün Vaşinqtonda Paşinyana nə veriblər?

Avropa şokda: Rusmeyilli radikallar seçkini uddu - Nə baş verir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla