Yuxarı

Ərdoğanla bunu müzakirə edəcəm, Avropa aldadır - Putin

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ərdoğanla bunu müzakirə edəcəm, Avropa aldadır - Putin

Rusiya Ukraynadan taxıl və digər ərzaq məhsullarının ixracının istiqamətini dəyişmək istəyir. Bu məsələni Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanla müzakirə etməyi planlaşdırıram.

Axar.az xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin Şərq İqtisadi Forumunda çıxışında deyib.

"Bəlkə bu marşrutla taxıl və ikinci ərzaq ixracını məhdudlaşdırmaq barədə düşünməliyik. Mən bu məsələ ilə bağlı Türkiyə Prezidenti Ərdoğanla mütləq məsləhətləşəcəm. Axı biz Ukrayna taxılının ixracı mexanizmini işləyib hazırlamışıq ki, ilk növbədə ən yoxsul ölkələrə kömək edək. Bəs realda nə baş verir? Ukraynadan göndərilən taxıl inkişaf etməkdə olan, kasıb ölkələrə deyil, Avropa Birliyi ölkələrinə gedir. Avropalılar yenə də aldatdılar və aldatmaqda davam edirlər. Bu yanaşma ilə dünyada ərzaq problemlərinin miqyasının daha da artacağı göz qabağındadır. Təəssüf ki, bu, görünməmiş humanitar fəlakətə səbəb ola bilər”, - Putin bildirib.

Tarix
2022.09.07 / 11:36
Müəllif
Zeynəb Əkbər
Digər xəbərlər

Putin Azərbaycanın da imzaladığı sazişi təsdiqlədi

Kəmaləddin Heydərov onu bu mərkəzə rəis təyin etdi

Bu şəxslərə xoş xəbər - Qərar

İçərişəhərdəki bu bina ilə bağlı vacib qərar

Anar Qaraqurbanlıya yüksək vəzifə verildi

İrana nüvə zərbəsi: Rusiya ABŞ-a xəbərdarlıq edib?

Erməni rəqqas Bakıda “Stepanakert” dedi, cavabı… - Video

Düşmənin öhdəsindən gələ bilərik – Pezeşkian

Ərdoğana çağırış: 8 Noyabrda Bakıya gedərək...

Azərbaycanla sərhəddə raketlər yerləşdirildi - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla