Yuxarı

İŞİD təbliğat kursunu niyə dəyişib? – Analiz

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qulliam Fondundan Şarli Vinterin işi "İslam dövləti"nin təbliğat materiallarını öyrənməkdir.

Axar.az xəbər verir ki, Londondakı antiekstremizm analitik mərkəzi olan bu fond İD-nin materiallarındakı ağlagəlməz zorakılıqları görməyə adət edib.

Vinter yazır ki, iyulun 4-də baxdığı video onu sarsıdıb. BBC Azərbaycancanın məlumatına görə, kadrlarda Suriya Prezidenti Bəşər Əsədə sadiq əsgərlər Palmira şəhərinin Roma teatrında edam olunur.

Tədqiqatçı yazır ki, son vaxtlar Suriya və Liviyada yoxsullara nəzir-niyaz paylanması, bayram ovqatı, bazar meydanlarında oynayan şən uşaqlar, yetim uşaqlara, cəbhə xəttindəki döyüşçülərə oyuncaq, şirniyyat hədiyyə edilməsi, çay dəstgahları, şadyanalıq İŞİD-in yeni təbliğat kursudur.

Ramazan bayramı uzaqlaşdıqca təbliğat materiallarında yenə də hərbi mövzular yer almağa başlayır.

Təbliğat materiallarında bəzən düşmənin "raket zərbələrindən ölmüş" və ya şikəst edilmiş uşaqları, dağıntılar göstərilir və "cihadçı"ların qəddar hərəkətlərinə bunlarla haqq qazandırılır. Tədqiqatçının fikrincə, məhz buna görə İD-in təbliğat materiallarında zorakılıq səhnələri yox olmur.

Tarix
2015.10.09 / 08:30
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Fuad Oqtay konqresmenlərlə Azərbaycanı müzakirə etdi

Azərbaycan Ordusu Tavuşa atəş açıb? - Ermənistan MN

Litvadan İrəvana: Bakı üçün "Kalininqrad modeli"...

Əliyevin liderlərə məktubu diplomatlara çatdırıldı

Ordumuzun Dığ əməliyyatı: İrəvan cinayət işini bağladı

Azərbaycandan 14,5 min hektar necə qoparılıb? – Qalumyan

Azərbaycan XİN-dən Britaniya səfirinə cavab

İlham Əliyev fərman imzaladı

Paşinyan məsuliyyətə cəlb olunur: Müraciət göndərildi

Overçuk Mustafayevlə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla