Yuxarı

Saakaşvili meydan oxudu: “Hücuma keçmişik” - Video

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mən Ukraynada kütləvi oğurluğun qarşısını ala bilərəm.

Axar.az xəbər verir ki, bu sözləri Odessa qubernatoru Mixail Saakaşvili öz Feysbuk səhifəsində paylaşıb. Onun sözlərinə görə, Ukrayna mafiyası heç bir halda ona korrupsiyanın kökünü kəsməyə mane ola bilməz:

"Krıjankovka Ukrayna sahillərində ən bahalı torpaqların olduğu kənddir. Bu torpaqları yerli kənd şurası paylayır və sözsüz ki, elə kənd şurasının özündə də yerlər çox bahadır. Aydın oldu ki, burada torpaqların çoxu kənd şurası rəhbərinin ailə üzvlərinə ayrılıb. Biz qərara aldıq ki, bu özbaşınalıqla qurtarmaq lazımdır. Bu kəndə gələndə həmin kənd şurasının üzvü olan insanlar bizi əllərində plakatlarla qarşıladılar. Mən bütün insanların fikrinə qulaq asıram, amma bu mafiya mənim səsimi kəsə bilməz. Ümid edirəm ki, prokurorluq korrupsiyada günahkar olan məmurları tapıb, məsuliyyətə cəlb edəcək. Bu situasiya bütün Ukraynada təkrarlanır. Namizədlər kütləvi şəkildə vilayət və şəhər şuralarına gələrək buraları qarət edirlər. Biz Odessada korrupsiyaya qarşı hücuma başlamışıq və bu kampaniyanı sona çatdıracağıq".

Tarix
2015.10.12 / 00:10
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

Mayın 10-da Almatıda nələr müzakirə olunacaq?

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı - Video

Serj, Robert, banan Manukyan indi başqa sifətlə gəlir

Azərbaycanla müharibə etmək istəyirlər? - Simonyan

Ermənistan Azərbaycanın dost ölkəsi ilə saziş imzaladı

Əli Əsədov qərar imzaladı

Müsavatdan Elçibəyə qarşı hörmətsizlik - Foto

Prezident İqor Babuşkini qəbul etdi

İrəvan cavab verib, Zaxarova guya bilmir...

ABŞ səfiri Şuşaya getdi - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla