Yuxarı

Şişani danışdı: “Ruslara yeni Qroznı yaşadacağıq”

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Suriyada 4 illik savaşdan sonra səhnədə yeni oyunçu - Rusiya peyda olub. Rusiya İŞİD-ə qarşı mübarizədə yeni mərhələnin başladığını deyir, amma İŞİD-lə bərabər Əsədin bütün düşmənlərini bombardman edir.

Axar.az xəbər verir ki, bunu Gürcüstanın "Kviris-Palitra" qəzetinə müsahibəsində "Əsəd ül Şam" (Günəşin aslanları) briqadasının liderlərindən biri olan Əbdürrəhman Şişani söyləyib. Onun sözlərinə görə, hazırda Pankisi dərəsindən Suriyaya çoxlu gənc axın edir:

"Suriyaya mən 2013-cü ilin qışında getmişəm. "İmarət Qafqaz"da çox problemlər var idi və bizə rahatlıq vermirdilər. Səbəb kimi mən və Müslim Marqoşvilinin Rusiya həbsxanasında bir yerdə cəza çəkməmiz göstərilirdi. Gənc əmirlər bizə güvənmirdilər. Onlar bizim Rusiya həbsxanasında yatmağımıza görə cihadda iştirak etməyimizə şübhə ilə yanaşırdılar. Mənim ayağımda iki güllə qalıb. Türkiyədə müalicə alan zaman biz qərara aldıq ki, Suriyaya gedəcəyik. Türkiyədə mən Tarxan Batiraşvili haqqında eşitdim. Doğrudur, o, Pankisidən olsa da, onunla tanış deyildim. O, Çeçen müharibəsində də iştirak etməmişdi. Suriya sərhədini keçən zaman biz Seyfullah Şişani (Ruslan Maçalikaşvili) ilə tanış olduq. Bir neçə ay sonra bizə daha iki qruplaşma əlavə olundu. Tezliklə "Ceyş əl Mücahirin val Ənsar" briqadası yarandı. İndi də əsas düşmənimiz Əsəddir. O, bizim üçün Rusiya deməkdir. Əmirlər bizə Qafqazda Rusiya əleyhinə döyüşməyə imkan vermədilər, ona görə də Rusiyaya qarşı müharibəni Suriyada başlatdıq".

Şişani həmçinin Suriyada çeçen döyüşçülərinin sayının çox olduğunu bildirib:

"Suriyada çeçen anlayışı Rusiyaya qarşı düşmən deməkdir. Ona görə də biz özümüzü "Şişani" adlandırırıq. Biz 2013-cü ilin yayında "Ceyş əl Mücahirin val Ənsar" qruplaşmasını Seyfullah Şişaninin (Ruslan Maçalikaşvili) rəhbərliyi altında tərk etdik. Oradan ayrılan 160 nəfər Müslüm Şişaninin rəhbərlik etdiyi (Müslüm Marqoşvili) "Əsəd ül Şam" briqadasına qoşulduq. 2014-cü ildə biz Alepponu alanda Seyfullah şəhid oldu. Tarxan Batiraşvili ilə (Ömər Şişani) mən bir daha görüşmədim. İŞİD İraqın Mosul və Tikrit şəhərlərinə hücum edən zaman əməliyyatlara Tarxan Batiraşvili rəhbərlik edirdi. Məhz o, Bağdada hücum etməli idi. İŞİD xilafət elan olunan zaman Batiraşvili Şimali Suriyaya nəzarət edirdi. O, İŞİD-i öz briqadasına (Ceyş əl Mücahirin val Ənsar) tabe etdirmək istəyirdi, lakin hər kəs buna qarşı çıxdı. Deyilənə görə, Batiraşvili artıq yaşamır. Əgər Kadırov Batiraşvilini qabaqlayıb öldürübsə, o zaman biz də Kadırovu qabaqlayacağıq. Suriyada bizim öz savaşımız var. Amerikalılara yaxşı bəllidir ki, biz onlar üçün heç bir təhlükə kəsb etmirik. Biz sülh zamanı heç kimin başını kəsmirik. Amerikalılar bizə silahla, təlimçilərlə yardım edirdilər, amma indi bizi terrorçu adlandırırlar. Biz deyirdik ki, Suriyadan mütləq Rusiyaya gedəcəyik, lakin Moskvanın özü bura gəldi. Əgər Rusiya buraya quru qoşunlarını göndərəcəksə, o zaman biz onlara Qroznını yenidən yaşadacağıq".

Qeyd edək ki, Əbdürrəhman Şişani "Əsəd ül Şam" briqadasının lideri Müslim Şişaninin ən yaxın adamı hesab edilir.

Tarix
2015.10.12 / 22:08
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

Bakı Forumunun yekununda Bəyannamə qəbul edildi

NATO tankları Moskvanın mərkəzində - Foto

Türkiyə bu ölkə ilə ticarəti kəsdi: milyardlardan imtina etdi

Bayramov Quterreşin müşaviri ilə COP29-u müzakirə etdi

Bakıdan Moskvaya: Bu məsələdə qərarlıyıq!

Ceyhun Bayramov Putinin xüsusi nümayəndəsi ilə görüşdü

Sərhədimiz indiki yer deyilsə, haradır? – Sanosyan əsəbiləşdi

Bu şəxslərə birdəfəlik yardım veriləcək - Sərəncam

Prezident pravoslav xristian icmasını təbrik etdi

Prezident Leonid Kalaşnikovu qəbul etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla