Yuxarı

Edvard Snoudenə sığınacaq axtarılır

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Milli Təhlükəsizlik Agentliyinin keçmiş əməkdaşı Edvard Snoudenə Rusiyada müvəqqəti sığınacaq üçün verilən vaxt başa çatır. Buna görə yenidən ona sığınacaq verilməsi məsələsi gündəmə gəlib.

"Axar.az"ın əldə etdiyi məlumata görə, E.Snoudenə qalması üçün yer axtaran bir qrup fəal Braziliyanın prezidenti Dilma Russeffə müraciət hazırlayıb. Həmin petisiya "Avaaz.org" saytı vasitəsilə bütün dünyaya yayılıb.

"Amerika xüsusi xidmət orqanlarının telefon danışıqlarını izləməsi barədə məlumatları yaydıqdan sonra bütün dünyada məhşur olan Edvard Snoudenin yaxalanacağı təqdirdə həyatı üçün təhlükə hələ də qalmaqdadır. Ancaq bu həftə biz ona təhlükəsiz yer tapmaqda kömək etməliyik"- deyə petisiyada çağırış edilib.
Artıq bu saatlara qədər 800 miə yaxın insan sənədə imza atıb. Müraciət müəllifləri bu rəqəmi bir milyona çatdırdıqdan sonra müraciəti Braziliya prezidentinə çatdıracaqlarını elan ediblər.

Qeyd edək ki, E.Snoudenin məlum açıqlamalarına ilk reaksiya verən Braziliyanın prezidenti Dilma Russeff olub. Belə ki, Snoudenin jurnalistlərə təqdim etdiyi sənədlərdə ABŞ Milli Təhlükəsizlik Agentliyinın şəxsən Russeffin, onun köməkçisinin və "Petrobras" Dövlət Neft Şirkətinin elektron məktublarını izlədiyi qeyd olunub. Məhz bu məlumatlar açıqlanan ərəfədə Braziliya prezidenti ABŞ-a oktyabrın 23-ə təyin edilən rəsmi səfərini təxirə salıb. Eyni zamanda E.Snoudenə sığınacaq verəcəyini açıqlayıb.

İzləmə qalmaqalından dərhal sonra Braziliya, həmçinin, özünün ayrıca telekommunikasiya peykini yaratmaq barədə qərar verib.

Tarix
2014.01.19 / 12:15
Müəllif
Fərqanə Vəkilova
Şərhlər
Digər xəbərlər

NATO rəsmisindən Azərbaycanla bağlı açıqlama

Asiya İnkişaf Bankı İlham Əliyevə müraciət etdi

Fuad Oqtay konqresmenlərlə Azərbaycanı müzakirə etdi

Azərbaycan Ordusu Tavuşa atəş açıb? - Ermənistan MN

Litvadan İrəvana: Bakı üçün "Kalininqrad modeli"...

Əliyevin liderlərə məktubu diplomatlara çatdırıldı

Ordumuzun Dığ əməliyyatı: İrəvan cinayət işini bağladı

Azərbaycandan 14,5 min hektar necə qoparılıb? – Qalumyan

Azərbaycan XİN-dən Britaniya səfirinə cavab

İlham Əliyev fərman imzaladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla