Yuxarı

Maskdan növbəti qalmaqal: Bu dəfə cavabını aldı...

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Amerikalı milyarder İlon Mask növbəti dəfə Ukrayna ilə bağlı qalmaqal yaradıb.

Axar.az xəbər verir ki, amerikalı senator Lindsi Qrehem Tvitter səhifəsində Maskı Rusiyanın Ukraynanı işğalı ilə bağlı həqiqətləri öyrənməyə çağırıb.

Senatora cavab verən Mask isə istənilən münaqişə bölgəsində yaşayan insanların iradəsini dəstəkləməyin vacib olduğunu deyib:

“Əgər xalqın iradəsinin önəmli olduğuna inanırsınızsa, istənilən münaqişə bölgəsində orada yaşayanların iradəsini dəstəkləməliyik. Ukraynalıların əksəriyyəti açıq şəkildə Ukraynanın bir hissəsi olmaq istəyir, lakin ölkənin bəzi şərq bölgələrində ruslar çoxluq təşkil edir və onlar Rusiyaya üstünlük verirlər”.

Dediklərinə arqument olaraq isə Mask 2012-ci ilin seçici fəallığını əks etdirən xəritəsini göstərib. Həmin xəritədə şərq regionlarının əksəriyyətinin keçmiş prezident Viktor Yanukoviçin Regionlar Partiyasını dəstəklədiyi görünür.

ABŞ Konqresinin baş məsləhətçisi Pol Massaro isə 1991-ci ildə Ukraynanın müstəqilliyi ilə bağlı keçirilən səsvermənin nəticələrini əks etdirən xəritəni paylaşıb:

“Bu, 1991-ci ildə Ukraynanın müstəqillik səsverməsinin xəritəsidir. Hər bölgə, o cümlədən Krım belə müstəqilliyə səs verib. Xahiş edirəm, artıq dayan!”

Tarix
2022.10.06 / 12:52
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Deputatdan tələb: Ləyaqəti varsa, Prezidentdən üzr istəsin!

Sülhməramlılar çıxır, Rusiyanı ləkələmək istəyəcəklər

Ermənilər üçün canını verməyən 1960 rus döyüşə getdi

Bakı təcrübəsi: Daha bir ölkə fransız diplomatları qovdu

Paşinyan sərhədimizi pozmasın deyə, görün, nə etdi - Video

Rus sülhməramlılar çıxdı, ABŞ və Rusiya ittihama başladı

İran rejimi xalqın həyatını belə təhlükəyə atır - Günəş

İran səfirinin məqsədi sülhü əngəlləməkdir - Məmmədov

Azərbaycan AŞPA-da öz layiqli yerinə qayıdacaq - Hasler

Bilir ki, Türkiyə ordusu burdadır, həyasızlıq edir!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla