Yuxarı

Saakaşviliyə vəzifə verildi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Saakaşviliyə vəzifə verildi

ABŞ-da Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili üçün xüsusi vəzifə təsis edilib.

"Axar.az" APA- ya istinadən xəbər verir ki, bu barədə məlumatı M. Saakaşvili "Facebook" sosial şəbəkəsindəki səhifəsində yerləşdirib.

Məlumatda bildirilir ki, sabiq prezident ABŞ-da fəaliyyət göstərən Tafts Universitetinin nəzdində olan Fletçer adına Hüquq və Diplomatiya Məktəbində onun üçün xüsusi yaradılan yüksək rütbəli dövlət xadimi vəzifəsini tutacaq.

Məktəbin dekanı, admiral Ceyms Stavridis deyib ki, bu vəzifə ondan ötrü yaradılıb ki, Tafts Universitetinin tələbələri dünya şöhrətli insanlarla ünsiyyət qursunlar və müxtəlif beynəlxalq sahələrə aid təcrübələrlə tanış olsunlar.

M. Saakaşvili isə bildirib ki, tələbələrlə həm auditoriyada, həm də qeyri-formal şəraitdə görüşməyi xoşlayır: "Mən hətta siyasətlə məşğul olanda da bu cür ünsiyyətdən zövq alırdım".

M. Saakaşvili ilə məktəb arasında işbirliyi 1 il müddətinə bağlanılıb. Eks-prezident öz iş yerini iki semestr ərzində 3-4 dəfə ziyarət edəcək.

Tarix
2014.01.20 / 14:00
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev dəyirmi masada iştirak etdi

İlham Əliyev Endi Börnhemlə görüşdü

Azərbaycanda bu institutun adı dəyişdirildi - Video

Əliyev Nauseda ilə regional sülhü müzakirə etdi

Leyla Əliyeva mühüm müzakirələrdə iştirak etdi

İlham Əliyev Antonio Koşta ilə görüşdü

İlham Əliyev rumıniyalı həmkarı ilə görüşdü

Avropa Birliyinin sammitinin Bakıda keçirilməsi... - Davkova

General qızı azadlıqda... - Video

Bakı və London münasibətləri strateji səviyyəyə yüksəldi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla