Düyü, kartof və makaronu soyuq yeyin - Səbəb
02:09
| Ana səhifə Planet |
|
İran İslam İnqilabi Keşikçiləri Korpusunun (SEPAH) polkovniki Müslüm Xizab Suriyada öldürülüb.
Axar.az xəbər verir ki, bu barədə İranın "ABNA" xəbər agentliyi məlumat yayıb.
Bildirilir ki, öldürülən polkovnik uzun müddətdir ki, Suriyada hərbi müşavir vəzifəsində çalışıb.
Onun Suriyanın hansı bölgəsində və kimlər tərəfindən öldürüldüyü bəlli deyil.
Qeyd edək ki, son iki həftədə SEPAH-ın beş yüksək rütbəli komandiri Suriyada öldürülüb.
|
Tarix
2015.10.19 / 18:10
|
Müəllif
Kamran Ədalət
|