Yuxarı

Rusiya İrəvanı bu cür cəzalandırır: 300 əvəzinə 30...

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Rusiya İrəvanı bu cür cəzalandırır: 300 əvəzinə 30...

8 oktyabrda Krımda baş verən partlayış səbəbindən Rusiyanın Ermənistandan gələn yük maşınlarına nəzarəti qat-qat artırması Yuxarı Lars keçid məntəqəsində ciddi problemlər yaradır.

Axar.az xəbər verir ki, bu barədə erməni mediasına keçid məntəqəsində gözləyən sürücülər məlumat veriblər.

Onlar bildiriblər ki, Rusiya tərəfi yük maşınlarını çox ciddi yoxlayırlar, nəticədə gün ərzində 300 əvəzinə cəmi 30 yük maşını keçid məntəqəsindən buraxılır.

Erməni sürücülər xüsusilə meyvə-tərəvəz kimi tezxarabolan yükləri daşımağın mümkünsüzlüyündən də şikayətləniblər. Çünki onların Yuxarı Lars keçid məntəqəsindən keçməsi ən azı 10 gün çəkir.

Qeyd edək ki, Rusiya Baş Prokurorluğu Krım körpüsünün partladılması üçün göndərilən partlayıcının Ermənistanda maşına yükləndiyi və Gömrük İttifaqının tələblərinə uyğun yenidən sənədləşdirildiyini üzə çıxarıb. Başqa sözlə desək, bu partlayıcının Krıma gedib çatmasına Ermənistan səbəb olub. Belə ki, Aİİ üzvü olan Ermənistanın yükləri gömrük sadələşdirilməsi ilə sərhəd məntəqələrindən daha sürətli və asan keçid əldə edir. Rusiya sərhədçi və gömrükçülərinin partlayıcı yüklənmiş maşına xüsusi diqqət etməməsi də onun Ermənistanda Gömrük İttifaqının tələblərinə uyğun yenidən sənədləşməsi olub.

Buna görə də hazırda Ermənistana güvən azalıb və bu ölkədən gələn yüklər tam ciddiyyətlə yoxlanır.

Tarix
2022.11.04 / 00:09
Müəllif
Axar.az
Digər xəbərlər

TDT müdafiə sənayesi rəhbərləri Bakıda görüşdülər

Putin: İlham Əliyevlə bu mövzuda danışıram - Video

Mandatı alındı, vəzifədən çıxarılır: Abdullayev niyə vuruldu?

Həsənov, Gülər və Çikovani Şuşada... - Foto

Britaniya səfiri İran XİN-ə çağırıldı

Ermənistan büdcəsi 1,4 milyard dollar artır

Yaşar Gülər Xocavənddə - Video

İlham Əliyev Szinpini təbrik etdi

Media savadlılığının artırılması... - İlham Əliyev

Prezident medianın ictimai rəyə təsirindən danışdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla