Yuxarı

Klinton Senatda sorğu-sual edilir - Qalmaqal

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Klinton Senatda sorğu-sual edilir - Qalmaqal

ABŞ prezidentliyinə demokrat namizəd Hillari Klinton 2012-ci ildə Liviyanın Benqazi şəhərində dörd Amerika diplomatının qətlə yetirildiyi terror hücumu ilə bağlı Konqres qarşısında ifadə verib.

Axar.az xəbər verir ki, Respublikaçı qanunvericilər keçmiş dövlət katibinə ABŞ səfiri Kris Stivens də daxil olmaqla dörd amerikalının ölümü ilə nəticələnmiş terror hücumları ilə bağlı ağır suallar verilib. Lakin Klinton respublikaçıların Benqazi komitəsində şərhlərini onu siyasi baxımdan hədəf almaq cəhdi kimi dəyərlənidirərək sorğu-sualı yersiz hesab edib.

"Bu komitə əslində Respublikaçıların Milli Komitəsinin bir qoludur. Bu, Nümayəndələr Palatasında əksəriyyətin lideri Kevin Makkartinin etiraf etdiyi kimi, mənim sorğuda göstəricilərimi təəccüblü də olsa azaltmaq məqsədilə bir partiyanın istəfadə etdiyi vasitədir və onlar bunu etməyə cəhd göstərir. Hamı fikirləşir ki, Hillari Klinton məğlubedilməzdir, elə deyilmi? Amma biz xüsusi Benqazi komitəsi yaradırıq. İndi gəlin, bu gün sorğularda rəqəmlərə baxaq", - deyə Klinton vurğulayıb.

Spiker Con Beyner isə dinləmələrdən sonra jurnalistlərə verdiyi açıqlamasında təhqiqatın məqsədinin siyasət deyil, həqiqəti araşdırmaqdan ibarətdir olduğunu deyib:

"Benqazi komitəsi Liviyada dörd amerikalının həlak olduğu terror hücumundan əvvəl, hücum zamanı və ondan sonra baş verənləri araşdırır. Amerika xalqı nə baş verdiyi haqda həqiqəti öyrənməlidir, vəssalam".

Xatırladaq ki, Benqazidə baş verən hadisələr zamanı xanım Klinton ABŞ Dövlət katibi vəzifəsində çalışırdı.

Ekspertlərin fikrincə, 3 ildən sonra Senatda müzakirəyə çıxarılan bu məsələ onun Ağ Evlə bağlı ümidlərini puç edə bilər.

Tarix
2015.10.23 / 11:54
Müəllif
Şəmsəddin Ənsar
Digər xəbərlər

Ermənistana 8 vaqon buğda, 10 vaqon daş kömür göndərilir

Vardanyanın Epşteynlə əlaqəsi: milyardlıq layihələr...

Azərbaycanın notasından sonra - Gürcüstandan açıqlama

Ceyhun Bayramov Kiyevdəki səfirliyimizi ziyarət etdi - Foto

Xatirələrin kəndi: Sarıbaşdan qayıda bilmədim - Video

Zelenski buna görə İlham Əliyevə təşəkkür etdi - Bayramov

Azərbaycanın ABŞ-dakı səfiri senatorla görüşdü - Foto

Səidə Bəkirqızına qarşı məhkəmə - Qərar elan edildi

Ceyhun Bayramov Budanovla görüşdü

Azərbaycan da mövqeyini dəyişəcək - Çepa

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla