Yuxarı

Qatildən Putinə: “Məni Suriyaya göndərin”

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Qatildən Putinə: “Məni Suriyaya göndərin”

Rusiyalı siyasətçi Boris Nemtsovu öldürməkdə təqsirli bilinən Zaur Dadayev Prezident Vladimir Putinə məktub yazıb. Dadayev məktubunda günahsız olduğunu sübut etmək üçün Putindən onu Suriyaya göndərməsini xahiş edib.

Axar.az xəbər verir ki, əslən Çeçenistandan olan sabiq polis əməkdaşı məktubunda terrorçulara qarşı mübarizədə iştirak etmək istədiyini qeyd edib:

"Eşitdiyim xəbərlərə görə, Rusiya hərbi hava qüvvələri Suriyadadır. Mən də Suriyada İŞİD-ə qarşı əməliyyatlarda iştirak etmək istəyirəm. Günahsız olduğumu sübut etmək üçün mənə bu şansı verməyinizi istəyirəm. Rusiya üçün canımı verməyə hazır olduğumu göstərməyin, vətənə bağlılığımı və günahsızlığımı sübut etmək üçün bunun ən yaxşı yol olduğunu düşünürəm".

"Rosbalt" agentliyinin məlumatına görə, rəsmi qaynaqlar məktubla bağlı hər hansı açıqlama verməsə də, Dadayevin istəyi nəzərə alınmayıb.

Xatırladaq ki, bu ilin martında həbs olunan Dadayev Nemtsovu öldürdüyünü etiraf etsə də, sonradan ifadəsini geri götürüb.

Tarix
2015.10.26 / 21:47
Müəllif
Şəmsəddin Ənsar
Digər xəbərlər

İsrail necə hərbi avadanlığı bura daşıya bilər?!

Ermənistan Azərbaycan xalqından üzr istəməlidir

İlham Əliyev İƏT-in baş katibini qəbul etdi

Azərbaycan QHT-ləri Pezeşkiana açıq məktub ünvanladı

Prezident Aleksandr Zuyevi qəbul etdi - Foto

İlham Əliyev BMT nümayəndəsini qəbul etdi - Foto

Saral istefasından yazdı: Şərəf duyduğum vəzifəm...

Ceyhun Bayramov Tom Berendsenlə görüşdü

Berendsen Azərbaycandan Ermənistana gedəcək

İlham Əliyev Tom Berendseni qəbul etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla