PKK-ya qarşı əməliyyatlara
başlamadan öncə İŞİD-ə qarşı mübarizəyə başladıq.
Axar.az xəbər verir ki, bu sözləri Türkiyənin Baş naziri Əhməd
Davudoğlu AKP iqtidarının İŞİD-ə dəstək verməsi ilə bağlı yayılan
ittihamlara münasibət bildirərkən deyib.
Üsküdarda tələbələrlə görüşən baş nazir bildirib ki, İŞİD-in
islamla heç bir əlaqəsi yoxdur:
"İndi mənə baxın. Məndə İŞİD-i dəstəkləyəcək üz varmı? Bizim
təmsil etdiyimiz islam İŞİD-ə qarşıdır. İŞİD-i yox edəcək islam
odur. PKK-ya qarşı əməliyyatlara başlamadan öncə İŞİD-ə qarşı
mübarizəyə başladıq. Səhərlər erkən çalan telefon zəngi məni
narahat edir. Gecələr yuxumun ərşə çəkilmədiyi gün olmayıb.
Ümumiyyətlə, Daxili İşlər Nazirliyindən zəng gələndə o anda insanın
ağlına min fikir gəlir. İnsanların çəkdiyi acını da çox yaxşı
anlayıram. Mənim iki xəstə qardaşım oğlu var idi. İkisi də vəfat
etdi. Hələ də gözümün önündədir. Bacımın və yeznəmin yaşadığı
imtahanı da çox yaxşı bilirəm. 7 yaşından 20 yaşına qədər tamamilə
yatağa məhkum oldular. Bacımın on illərlə istirahət etmədiyini
görmüşəm. İndi isə o əlillərə qayğı göstəririk. Analar, atalar bir
az nəfəs ala bilir. Bəzən deyirəm, kaş anam yaşayaydı, ayağını yenə
mən yuyaydım. Evdə nənələriniz varsa, onlara kömək edin".