Yuxarı

Marksın qəbri ilə alver gedir

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Marksın qəbri ilə alver gedir

Karl Marksın Londondakı məzarını görmək istəyənlərdən 4 sterlinq alınması marksistlərin qəzəbinə səbəb olub.

Axar.az xəbər verir ki, yeni nəsil marksistlər qəbiristanlıq rəhbərliyini "Kommunizmin Manifesti"ni yazan şəxsi kapitalizmə alət eməkdə günahlandırırlar. "Vall Strit Jurnal" qəzetinə müsahibə verən gənc marksist Ben Gliniecki bu ödənişə qarşı çıxaraq deyib:

"Bu, çox biabırçı qərardır. Bu ironiyanın sərhədi yoxdur".

Marksın nəşinin olduğu qəbiristanlıq rəhbərliyi isə əldə edilən gəlirlə 170 min insanın yatdığı qəbiristanlığın xərclərini qarşıladıqlarını qeyd edib. Rəhbərlik bunu "ironiya" adlandıran marksistlərə sərt cavab verib: "Əsil ironiya Marksın dövlətin təsis etdiyi bir sahəyə basdırılması əvəzinə özünə özəl bir məzarlıqdan yer almasıdır".

Xatırladaq ki, Karl Marks alman filosofu, siyasətçisi, marksizm-leninizm nəzəriyyəsinin banisi, "Kommunist Manifesti" və "Kapital" əsərlərinin müəllifidir. 1883-cü ildə ölən Marksın məzarını 1970 və 1975-ci illərdə dağıtmaq istəyiblər.

Tarix
2015.10.28 / 17:52
Müəllif
Aytac Qədirova
Digər xəbərlər

Məkkə Sazişi: İrana qarşı “sünni bloku”, yoxsa…

Ordumuz qədər dilimizdən də qorxurlar - Zahid Oruc

Rusiya İrəvana qarşı hərəkətə keçdi - Mirzoyan əsəbiləşdi

Türkiyə İranla hərbi ittifaqa girir? - Ekspert

Bakıda mühüm tədbir: Prezident çıxış etdi - Foto

Bu ölkə Azərbaycana və Ermənistana kömək edəcək

Prezident İCESKO-nun baş direktorunu qəbul etdi

Ramil Həsən AKP rəsmisi ilə görüşdü

Azərbaycan üçün "arzulanmaz" Yıldırımın da ifadəsi alındı

Cənubi Qafqazda tamamilə yeni bir vəziyyət yaratdıq

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla