Yuxarı

Konqresin Nümayəndələr Palatasına yeni sədr seçildi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Konqresin Nümayəndələr Palatasına yeni sədr seçildi

Kevin Makkarti ABŞ Konqresinin Nümayəndələr Palatasının (Aşağı Palata) yeni sədri seçilib.

Axar.az xəbər verir ki, məlumatı ABŞ mediası yayıb.

ABŞ-ın Kaloforniya ştatını təmsil edən Respublikaçılar Partiyasının nümayəndəsi Kevin Makkarti bu postda erməni lobbisinin istəklərinin qatı müdafiəçisi Nensi Pelosini əvəzləyəcək.

K.Makkartinin Azərbaycan, Türkiyə və Ermənistana münasibətdə loyal və tərəfsiz mövqedə olduğu bildirilir.

Qeyd edək ki, ABŞ Konqresinin Nümayəndələr Palatasının 118-ci çağırışına dörd gündür yeni sədr seçilə bilmirdi. Nəhayət, K.Makkarti 15-ci cəhddə 216 səs toplayaraq bu posta yiyələnməyə nail olub.

Xatırladaq ki, Kevin Ouen Makkarti 1965-ci il yanvarın 26-da Kaliforniya ştatının Beykersfild şəhərində anadan olub. O, 2019-cu ildən ABŞ Nümayəndələr Palatasında azlığın lideridir. Respublikaçılar Partiyasının üzvü əvvəllər, 2014-2019-cu illərdə Nümayəndələr Palatasında çoxluğun lideri olub.

Tarix
2023.01.07 / 10:07
Müəllif
Axar.az
Digər xəbərlər

Fransa ən elementar siyasi tələbi təhlükə kimi görür - Abbasov

Məkkə Sazişi: İrana qarşı “sünni bloku”, yoxsa…

Ordumuz qədər dilimizdən də qorxurlar - Zahid Oruc

Rusiya İrəvana qarşı hərəkətə keçdi - Mirzoyan əsəbiləşdi

Türkiyə İranla hərbi ittifaqa girir? - Ekspert

Bakıda mühüm tədbir: Prezident çıxış etdi - Foto

Bu ölkə Azərbaycana və Ermənistana kömək edəcək

Prezident İCESKO-nun baş direktorunu qəbul etdi

Ramil Həsən AKP rəsmisi ilə görüşdü

Azərbaycan üçün "arzulanmaz" Yıldırımın da ifadəsi alındı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla