Yuxarı

Solovyov isterika içərisində: Hanı ordu!? – Video

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Solovyov isterika içərisində: Hanı ordu!? – Video

Rusiyalı teleaparıcı Vladimir Solovyov Ukrayna ordusuna Qərb tanklarının tədarükünə isterik reaksiya verib. O, Rusiyanın niyə hələ də “anti-imperialist koalisiya” yaratmamasına əsəbiləşib.

Axar.az xəbər verir ki, o, bu barədə “Vladimir Solovyovla axşam” verilişinin efiri zamanı deyib.

“Şimali Koreya, İran və Çin Rusiya ilə birlikdə Ukraynaya qarşı vuruşmalıdır. Biz güclü anti-imperialist koalisiya yaratmışıq? Harada? Bizim yanımızda Şimali Koreya, Çin, İrandan döyüşən əsgərlər haradadır? Biz ordudan belə istifadə etmirik, hətta çağırışçılardan da istifadə etmirik. Yoxsa hesab edirik ki, bir dəfə 300 min nəfərin səfərbər edilməsi kifayətdir? Bəs kim döyüşəcək? Üstəlik, hər kəsin Qırmızı Ordu sıralarına girməsi üçün qısa telefon nömrələri yaratmaq lazımdır. Bizim telefon operatorlarımız Qırmızı Orduya qoşulmaq istəyənlərin zəng edə biləcəyi qısa nömrə yarada bilməz? Rusiya ordusu 5 milyon nəfərə qədər genişləndirilməli və ölkə sənayesi hərbi müstəviyə keçirilməlidir. Ali Baş Komandan (Vladimir Putin - red.) ordunu 1,5 milyona çatdırdı. Üç milyon lazımdır! Beş milyon lazımdır! Ordu qurulmalıdır. Bütün sənaye elə işləməlidir ki, müdafiə sənayesində hər şey olsun”, - o bildirib.

Tarix
2023.02.03 / 10:31
Müəllif
Zeynəb Əkbər
Digər xəbərlər

Ceyhun Bayramov BMT rəsmisi ilə görüşdü

Azərbaycan daha bir Konvensiyaya qoşulur

Mehdiyev çevriliş etsəydi, onlara vəzifə verəcəkdi - Siyahı

Elçin Əmirbəyov Litvanın XİN başçısı ilə görüşdü

Fələstin səfirliyi dəstəyə görə Azərbaycana təşəkkür etdi

Onlar antivətən xislətlərini yenə də büruzə verdilər...

Çin bu təcrübəni Azərbaycanla bölüşməyə hazırdır - Səfir

Sinin Trampa İran müharibəsi ilə bağlı mesajı...

Konqresin erməni şəbəkəsi: Bakıya qarşı oyun başlayır

Bakı-Ankara münasibətləri Astananı da narahat edir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla