Yuxarı

İsraildən İran açıqlaması: Məqam yetişib!

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
İsraildən İran açıqlaması: Məqam yetişib!

İranın nüvə silahına can atması İsraildən istənilən prosesə hazır olmağı tələb edir, indi mühüm qərarların qəbul edilməsi üçün məqam yetişib.

Axar.az xəbər verir ki, bunu İsrailin müdafiə naziri Yoav Qallant amerikalı həmkarı Lloyd Ostin ilə görüşündən sonra mediaya açıqlamasında deyib.

“Bu gün kritik bir mərhələdəyik, yaxın gələcəkdə təxirəsalınmaz və vacib qərarlar qəbul etməli olacağıq. İran nüvə silahı əldə etməyə can atır və bununla təkcə İsraili deyil, bütün dünyanı təhdid etmək niyyətindədir. İranın nüvə təhlükəsi bizdən istənilən hərəkət kursuna hazır olmağı tələb edir, təkrar edirəm və vurğulayıram: Biz istənilən fəaliyyət kursuna hazır olmalıyıq”, - Qallant bildirib.

Qallant qeyd edib ki, ölkəsi İranın yəhudi dövlətini təhdid edəcək kütləvi qırğın silahları əldə etməsinə icazə verməyəcək.

"Bütün variantlar nəzərdən keçirilir", - nazir bildirib.

Tarix
2023.03.10 / 08:45
Müəllif
Kamran Ədalət
Digər xəbərlər

İran rejiminin süqutu başlayıbmı?

Türkiyəni işğaldan İran xilas edib? - Qalmaqal böyüdü

Dövlət müəssisələrinin borclanmasına limit qoyulacaq

"Avronyus" İlham Əliyevin Dublin səfərindən yazdı

Bu, Bakı ilə münasibətlərdə yeni fəsil açacaq - Vud

Hacıyevin işdən çıxarılmasının səbəbi - İşdə sevgi macərası

Universitetlərə bu statusun verilməsi ilə bağlı tələblər

Bu məhsulların gömrük rüsumları dəyişdi

İlham Əliyevin İrlandiyaya səfəri başa çatdı

Axtarışda olan şəxs Azərbaycana gətirildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla