Yuxarı

Əfqanıstan və Pakistanda güclü zəlzələ: ölənlər var

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Əfqanıstan və Pakistanda güclü zəlzələ: ölənlər var

2023.03.21. 21:42

Əfqanıstanın şimal-şərqində 6,5 bal gücündə zəlzələ baş verib.

Axar.az xəbər verir ki, bu barədə Avropa Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Məlumata görə, zəlzələnin episentri Əfqanıstanın Bədəxşan əyalətinin Cirm kəndindən 38 kilometr cənub-şərqdə yerləşib.

Tələfat və dağıntılar barədə məlumat verilməyib.

Qeyd edək ki, yeraltı təkanlar Özbəkistan, Qırğızıstan və Pakistan kimi qonşu ölkələrdə də hiss edilib.

***

Zəlzələ nəticəsində Pakistanın Hayber Paxtunxva əyalətində azı iki nəfər həlak olub, xeyli sayda yaralı var. Əfqanıstanın şərqindəki Laqman əyalətində də iki nəfər həlak olub.

Bu barədə Pakistan mediası məlumat yayıb.

Rayon xəstəxanaları yüksək hazırlıq vəziyyətinə gətirilib.

Yeraltı təkanlar Hayber-Paxtunxvadan başqa Pakistanın digər bölgələrində, o cümlədən Peşəvər, Lahor, Kvetta, Ravalpindi və İslamabadda da hiss olunub.

Tarix
2023.03.22 / 00:57
Müəllif
Axar.az
Digər xəbərlər

Putinin buna razılıq verəcəyini gözləyirik - Merz

İlham Əliyev dəyirmi masada iştirak etdi

İlham Əliyev Endi Börnhemlə görüşdü

Azərbaycanda bu institutun adı dəyişdirildi - Video

Əliyev Nauseda ilə regional sülhü müzakirə etdi

Leyla Əliyeva mühüm müzakirələrdə iştirak etdi

İlham Əliyev Antonio Koşta ilə görüşdü

İlham Əliyev rumıniyalı həmkarı ilə görüşdü

Avropa Birliyinin sammitinin Bakıda keçirilməsi... - Davkova

General qızı azadlıqda... - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla