Yuxarı

Putinin açıqlaması nüvə təhdididir - Almaniya

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Prezidenti Vladimir Putinin Belarusda taktiki nüvə silahlarının yerləşdirilməsi ilə bağlı bəyanatı Almaniya hökumətinin tənqid və ittihamlarına səbəb olub.

Axar.az xəbər verir ki, bu barədə Almaniya Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda qeyd olunub.

Nazirlik Putinin dünənki açıqlamasını Rusiya tərəfdən növbəti nüvə təhdidi adlandırıb:

“Prezident Putinin NATO-nun nüvə qüvvələrinin yerləşdirilməsi ilə bağlı apardığı müqayisə yanlışdır (Putin ABŞ-ın NATO-nun 6 ölkəsində nüvə silahı yerləşdirdiyini bildirmişdi - red.) və Rusiyanın açıqladığı addımı əsaslandırmaq üçün istifadə edilə bilməz. Bundan başqa, Belarus beynəlxalq səviyyədə nüvə silahından azad ölkə olmaq öhdəliyini üzərinə götürüb”.

Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin Moskva və Minskin START müqaviləsi üzrə öhdəliklərini pozmadan Belarusda taktiki nüvə silahlarını yerləşdirməyə razılaşdıqlarını demişdi.

Tarix
2023.03.26 / 10:47
Müəllif
Axar.az
Digər xəbərlər

Yeni açılan Ağdam Avtovağzal Kompleksindən görüntülər

İranlı nazirə canlı yayımda “donuz” dedilər - Qalmaqal

Prezident bu sözləri deyərkən kövrəldi - Video

Prezidentlə Ağ Şəhərdə xoşbəxtlik selfisi...

İlham Əliyev onları ayaqüstə alqışladı - Video

Mehriban Əliyeva Ağdam səfərindən video paylaşdı

Prezidentin vətəndaşla söhbəti: Mənim də ad günümdür - Video

Yekun qərarı Bakı verəcək - Ərdoğanın müşaviri

Prezident və xanımı Ağdam Muğam Mərkəzinin açılışında

Prezident kanat yolundan danışdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla