Yuxarı

Türk generaldan şok: "Bizi cəzalandıra bilərlər"

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin İŞİD-in nəzarət etdiyi ərazilərdən ucuz neft əldə etməsi ilə bağlı iddialar var. Buna görə Türkiyə hökuməti Beynəlxalq Arbitraj Məhkəməsində mühakimə oluna bilər.

Axar.az xəbər verir ki, bu sözləri Türkiyənin istefada olan generalı İsmayıl Haqqı Pekin deyib.

Rusiya təyyarəsinin vurulmasına diqqət çəkən Pekin bildirib ki, bunun nəticələri ürəkaçan olmayacaq:

"Bayırbucaq bölgəsində yaşayan türkmanların sayı olduqca azdır. Rusiya təyyarəsi həmin bölgədə terrorçulara qarşı əməliyyatlar həyata keçirirdi. Türkiyə Silahlı Qüvvələri tərəfindən onun vurulması qəbuledilməzdir. Bu təyyarə Türkiyə üçün heç bir təhlükə yaratmırdı".

İsmayıl Haqqı Pekin həmçinin Türkiyənin İŞİD-lə bağlı mövqeyinə də münasibət bildirib:

"ABŞ İŞİD-lə bağlı mühüm məlumatlara malikdir. Həmin sənəddə Türkiyənin bölgədə hansı işlər gördüyü qeyd olunub. Bildirilib ki, hökumətimiz İŞİD-dən ucuz neft alır. Əgər bu sübut olunsa, bizim üçün nəticələri ağır olacaq. Rusiya ilə də münasibətlərimiz kəskinləşdi. Bütün bu amillərdən istifadə edib, Türkiyə hökumətini Beynəlxalq Arbitraj Məhkəməsinə verə bilərlər".

Tarix
2015.11.24 / 21:03
Müəllif
Kamran Ədalət
Şərhlər
Digər xəbərlər

Kupman Bakıda: Hacıyevlə görüşdü - Foto

Bakı Forumunun yekununda Bəyannamə qəbul edildi

NATO tankları Moskvanın mərkəzində - Foto

Türkiyə bu ölkə ilə ticarəti kəsdi: milyardlardan imtina etdi

Bayramov Quterreşin müşaviri ilə COP29-u müzakirə etdi

Bakıdan Moskvaya: Bu məsələdə qərarlıyıq!

Ceyhun Bayramov Putinin xüsusi nümayəndəsi ilə görüşdü

Sərhədimiz indiki yer deyilsə, haradır? – Sanosyan əsəbiləşdi

Bu şəxslərə birdəfəlik yardım veriləcək - Sərəncam

Prezident pravoslav xristian icmasını təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla