Yuxarı

Müharibədə dönüş: Rusiyada qarşıdurma başlayır

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Müharibədə dönüş: Rusiyada qarşıdurma başlayır

Rusiyanın Ukraynaya qarşı müharibəsi çox güman ki, dönüş nöqtəsinə çatacaq.

Axar.az xəbər verir ki, bu barədə "Blumberq" informasiya resursunun məlumatında bildirilib.

Nəşr qeyd edir ki, Rusiya təbliğatçısı Vladlen Tatarskinin öldürülməsi müharibənin növbəti dönüşüdür. Tatarskinin böyük auditoriyası var və Rusiya hərbi rəhbərliyini döyüş meydanındakı uğursuzluqlara görə kəskin tənqid edib.

"Digər rus millətçiləri də hərbi məğlubiyyətin daha yaxın və qaçılmaz olmasından şikayətlənirlər. Buna səbəb Ukraynanın elan etdiyi əks-hücum üçün qüvvə toplamasıdır", - nəşr bildirib.

"Blumberq" Rusiyada daxili qarşıdurmaların artacağını vurğulayıb:

"Əgər Ukrayna keçən il Xarkov və Xerson vilayətlərinə əks-hücum zamanı olduğu qədər və ya daha çox ərazini geri qaytararsa, bu, Rusiyada daha çox daxili qarşıdurmalara səbəb olacaq".

Qeyd edək ki, bazar günü Sankt-Peterburqda kafedə partlayış baş verib. Hərbi müxbir Vladlen Tatarski (əsl adı Maksim Fomin) ölüb, 33 nəfər yaralanıb.

Tarix
2023.04.04 / 08:15
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan və Ukrayna XİN başçıları görüşdü

Bayramov Ukraynada AXC-yə dair sənədlərə baxdı - Foto

Bayramov İrpen şəhərində - Foto

Ukraynaya qaz tədarük etməyə hazırıq - Nazir

Sibiqa Azərbaycana başsağlığı verdi

Proses sürətləndi: hökumət yeni modelə bu tarixdə keçəcək

Arutyunyan və digərlərinin məhkəməsində qərar...

Bayramovun səfəri: rus ekspertlər “hücuma” hazırlaşır

Bayramov Kiyevdə Ukrayna PUA-larına baxdı - Foto

Ceyhun Bayramov Ukraynada səfərdədir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla