Yuxarı

Bu nazirlik Şimali Koreyanı “idarə edir”

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bu nazirlik Şimali Koreyanı “idarə edir”

İndi Cənubi Koreya paytaxtı Seulun ortasında Berlin hasarının bir parçası var. Üç plitədən ibarət olan beton divar parçası Cənubi Koreyanın bölünməsini ikiyə bölünmüş Almaniya ilə müqayisə edən sərginin keçirildiyi muzeyin qarşısında yerləşdirilib.

Axar.az "BBC Azərbaycanca"ya istinadən xəbər verir ki, uşaqlar bu divar parçasına çox diqqətlə baxırlar.

Onlar beton parçasına toxunur, onunla selfie çəkdirirlər. Seulda böyük bir nazirlik binası var. Bu nazirlikdə Şimali Koreyanın 5 əyalətinə nəzarət edən 5 departament mövcuddur.

Amma bu vilayətləri Seuldan idarə etmək olmur. Çünki onlar Şimali Koreyada yerləşir.

"Mən bir gün bu nazirliyə baş çəkmişdim və deməliyəm ki, orada iş başdan aşmırdı. Bəzi kompüterlərin monitorlarından nazirlik işçilərinin internet alış-verişinə də vaxt tapdıqları görünürdü.

Amma bu işçiləri qınamaq olarmı? Şimali Koreya rejiminin bu gün-sabah yıxılacağını 1990-cı illərdən gözləyirlər. Hələ bu gün də həmin hadisə yaxında görünmür", - deyə reportyor qeyd edib.

Bu xəyali nazirlik güman ki, tezliklə baş verməyəcək hadisəyə hazırlaşır.

Burada Şimali Koreyaya xəyalən rəhbərlik edənlərdən biri deyib ki, onların məqsədi birləşmə gününədək Şimali Koreya mədəniyyətinin qorunub saxlanmasıdır. Bunu isə Cənubda yalnız xalq rəqslərinin təşkili ilə etmək olar.

Şimali Koreyanın bu nəzəri inzibatçıları hər gün işə gələrkən giriş qapısında mavi poçt qutusu ilə rastlaşırlar.

Qutunun üstündə ingilscə "doğma ev üçün darıxanların poçt qutusu" yazılıb. Bu qutu Şimaldan olanların öz evlərinə yazdıqları məktubları göndərmələri üçün qoyulub.

Məsələ burasındadır ki, məktublar ünvanlarına heç vaxt çatmayacaq, çünki iki Koreya arasında poçt xidməti yoxdur. İşçilər deyirlər ki, bu poçt qutusu rəmzi məna daşıyır.

Tarix
2015.11.25 / 22:20
Müəllif
Emil Salamoğlu
Digər xəbərlər

Bakı və Dəməşq arasında ilk məsləhətləşmələr keçirildi

MOSSAD-da mükəmməl islahat: İran daxildən necə vuruldu?

Dominqes Azərbaycana başsağlığı verdi

Litva və Azərbaycan arasında məsləhətləşmələr keçirildi

Tokayevdən Paşinyana böyük jest - Kremlə mesaj

Kimlərə güzəştli kreditlər veriləcək? - Prezidentdən qərar

İsraildən Paşinyanın qələbəsinə reaksiya

Ceyhun Bayramov Boçorişvili ilə görüşdü

Kinterodan Əliyevə: Anlaşmanı möhkəmləndirmək istəyirik

Rubionun maraqları ABŞ-ı Cənubi Qafqazda təhlükəyə atır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla