Yuxarı

Qara dəniz qazı gəldi: Türkiyə Bakıdan qaz alacaq?

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Qara dəniz qazı gəldi: Türkiyə Bakıdan qaz alacaq?

Türkiyə Rusiya və Azərbaycandan təbii qaz almağa davam edəcək. Ancaq bu, 99 faiz deyil, 75 faiz həcmində olacaq.

Axar.az xəbər verir ki, bunu türkiyəli tanınmış jurnalist Fulya Öztürk Qara dənizdən çıxarılan təbii qazın əhaliyə güzəştlə verilməsi barədə danışarkən deyib.

"Deyəsən, Qara dənizdən daha yaxşı xəbərlər gələcək. Aralıq dənizində də bir gözlənti var. Amma Qara dənizlə bağlı böyük gözləntilər mövcuddur. Gəmilər fəaliyyətini davam etdirəcək. Xüsusilə Şərqi Qara dəniz və Qərbi Qara dəniz bölgəsindən yeni xoş xəbərlərin gələcəyi bildirilir.

Dünən energetika nazirimizlə görüşəndə ​​dedi ki, idxalın faizi azalacaq. Biz ildə orta hesabla 55 milyard kubmetr təbii qazdan istifadə edirik. Qara dəniz həqiqətən potensiala malik regiondur", - Öztürk söyləyib.

O, Trabzon və Rizədə də neft ehtimalına xüsusi diqqət yetirildiyini vurğulayıb:

"Mərkəzi Qara dəniz bölgəsindən də bir gözləntimiz var. Burada bütün işçilərin gözü və qulağı Şərq, Qərb və Orta Qara dəniz bölgəsindədir.

Qeyd edək ki, bir ay boyunca Türkiyə üzrə yaşayış evlərində istifadə edilən təbii qaz tam ödənişsiz olacaq. Bir il ərzində isə mətbəxdə və isti su üçün istifadə edilən qazın hər ay 25 kub metri ödənişsiz olacaq.

Tarix
2023.04.22 / 10:11
Müəllif
Pərviz Həsənov
Digər xəbərlər

Mehdiyev çevriliş etsəydi, onlara vəzifə verəcəkdi - Siyahı

Elçin Əmirbəyov Litvanın XİN başçısı ilə görüşdü

Fələstin səfirliyi dəstəyə görə Azərbaycana təşəkkür etdi

Onlar antivətən xislətlərini yenə də büruzə verdilər...

Çin bu təcrübəni Azərbaycanla bölüşməyə hazırdır - Səfir

Sinin Trampa İran müharibəsi ilə bağlı mesajı...

Konqresin erməni şəbəkəsi: Bakıya qarşı oyun başlayır

Bakı-Ankara münasibətləri Astananı da narahat edir

Azərbaycan şirkətlərini Ukraynaya dəvət edirik - Şmıqal

ABŞ-da seçki: Demokratlar qalib gəlir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla