Yuxarı

Putin: “Bizi məhv edərlər…”

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Putin: “Bizi məhv edərlər…”

Əgər terrorçular Suriyada qələbə qazansalar, onda Rusiyaya gəlmələri qaçılmaz olacaq.

Axar.az xəbər verir ki, bu sözləri Rusiya Prezidenti Vladimir Putin Federal Məclisdə çıxışı zamanı deyib.

Putin ölkələri terrorla mübarizədə ikili standartlardan çəkinməyə çağırıb:

"Terrorla mübarizə aparmaq üçün tək yumruq olmaq, güclü cəbhə yaratmaq lazımdır. Ölkələr terrora qarşı ikili standartlardan əl çəkməli, radikal qruplaşmaları öz məqsədləri üçün istifadə etməməlidirlər. Xəyanəti hər zaman utancverici bir şey hesab etdik. Suriyada terrorçulara qarşı savaşan döyüşçülərimiz əslində Rusiya üçün mübarizə aparırlar. Yaxın Şərqdə güclənən terrorçular Rusiya üçün önəmli təhlükədir. Onların arasında Rusiya və MDB-dən olan çoxlu terrorçu var. Pul və silah alıb güclərini artırırlar. Əgər çox güclənib Suriyada qələbə qazansalar, onda Rusiyaya gəlmələri qaçılmaz olacaq. Biz onları məhv etməliyik. Suriyada hava əməliyyatlarını məhz bu məqsədlə başlatdıq".

Putin neft qiymətlərinin bahalaşmasını gözləmək yerinə qeyri-neft sektorunun güclənməsinə ehtiyac olduğunu bildirib.

"Bir-birimizdən ayrılsaq, bizi məhv edərlər. Gücümüz birliyimizdə və ordumuzdadır. Birlikdə mütləq müvəffəqiyyət əldə edəcəyik", - Putin bu sözlərlə çıxışını başa vurub.

Tarix
2015.12.03 / 15:27
Müəllif
İlham Sahiloğlu
Digər xəbərlər

Bayramov ATƏT-in baş katibi ilə görüşdü

XİN rəhbəri Tahsin Ərtoğruloğlu ilə görüşdü

TDT XİN Şurasının iclası keçirildi

Bakıda forum: bu mövzuda panel sessiya keçirildi

Bakıda keçirilən bu forumu böyük önəm kəsb edir

Bayramov və Mirzoyan protokolu bilərəkdən pozdu? - Foto

İlham Əliyev Türkmənistan Prezidentini təbrik etdi

Bakıdan Gürcüstan Patriarxlığına: Erməni yolu getmə!

ABŞ Cənubi Qafqaz regionuna... - Karlon

Alban xaçdaşlarını ermənilər mənimsəyə bilmir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla