Yuxarı

İŞİD niyə DAEŞ adlanmasını xoşlamır?

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
İŞİD niyə DAEŞ adlanmasını xoşlamır?

Yaxın Şərqdə baş kəsib, qan tökən silahlı qruplar ingilisdilli hökumətlər və media tərəfindən müxtəlif cür adlandırılır.

Axar.az xəbər verir ki, BMT və ABŞ rəsmiləri isə ümumən İŞİD - İraq və Şam İslam Dövləti deyirlər.

Bu məsələyə toxunan "BBC Azərbaycanca" yazır ki, fransızdilli mediada DAEŞ və ya DAİŞ adları da işlədilir. Bu adlar mənfi məna daşıdığından İŞİD adlanan təşkilatın legitimliyini şübhə altına alır.

Bu səbəbdən də qrupa simpatiyası olanlar bu adı işlətmir və xoşlamırlar. Hərçənd DAEŞ İŞİD-in ərəbcə qısaldılmış formasıdır – "əl-Daula əl-İslamiyyə fil İraq vəl Şam".

Bu adları fərqləndirən Şam sözüdür. Şam gah Levant, gah Böyük Suriya, gah da ümumiyyətlə Dəməşq kimi başa düşülür.

II Dünya Müharibəsindən sonra müstəmləkəçi ölkələr Şam deyiləndə Suriya, İordaniya, Livan, İsrail, Fələstin və cənub-şərqi Türkiyəni başa düşürdülər.

"Cihadçı"ların nəyə görə sonunda islam dövləti termininə gəldikləri başa düşülür. Onlar müstəmləkəçiliklə bağlı adları işlətmək istəmirlər.

Bu arada Britaniyanın Baş naziri David Kemeron DAEŞ terminini işlədib və medianı da nümunə götürməyə çağırıb. Müxtəlif media qurumları, qəzet və telekanallar sözügedən adların hamısından istifadə edəcəklərini bildiriblər.

Tarix
2015.12.04 / 16:32
Müəllif
Emil Salamoğlu
Digər xəbərlər

Ramil Həsən AKP rəsmisi ilə görüşdü

Azərbaycan üçün "arzulanmaz" Yıldırımın da ifadəsi alındı

Cənubi Qafqazda tamamilə yeni bir vəziyyət yaratdıq

Milli Məclisin növbəti plenar iclası keçirilir

Azərbaycana hücumlar fonunda Ərdoğanın bu sözü...

Özümüzü istənilən çətinlikdən qorumaq üçün...

Hər kəs öz ev tapşırığına diqqəti yönəltməlir!

Bakıda mühüm forum: Prezident çıxış etdi - Foto

Bütün etnik qrup və dinlərin nümayəndələri birləşərək...

İdeoloji risklər fiziki risklər qədər təhlükəlidir - Prezident

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla