Yuxarı

Rusiyadan Türkiyəyə daha bir təxribat - Foto/Video

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Rusiyadan Türkiyəyə daha bir təxribat - Foto/Video

20:37

Türkiyənin İstanbul boğazından keçən Rusiya gəmisində olan əsgər təxribat xarakterli hərəkətə yol verib.

ANS-in verdiyi məlumata görə, gəmi boğazdan keçərkən bir Rusiya əsgəri çiynində raketlə görünüb.

Raketin istiqaməti dənizin sahilinə tərəf olub. Hadisə baş verdiyi vaxt ərazidə olan gəmi gözətçiləri "Yörük İşık" və "Alpər Boler" çiynində raket olan əsgərin şəklini çəkiblər.

"Kunikov" adlı gəmi Rusiyanın Qara dəniz donanmasına aid olub. Hadisə dekabrın 4-də baş versə də, şəkillər bu gün sosial şəbəkələrdə paylaşılıb.

Gəminin hansı istiqamətdə üzdüyü barədə məlumat verilməyib. Boğazdakı sərnişinlər bildiriblər ki, Rusiya əsgərləri sərnişin gəmisini görən kimi raketi yuxarı qaldırıblar.

Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu bildirib ki, Rusiya ilə qırıcı qalmaqalının davam etdiyi bir vaxtda əsgərlərin bu addımı təxribatdır:

"İstər Rusiya, istərsə də digər dövlətlərin gəmilərinin boğazlardan necə keçəcəyi barədə qanunlar məlumdur. Heç bir dövlətin boğazlardan keçməsi təhlükə yaratmır. Bütün gəmilər müqavilə əsasında boğazlarda hərəkət edə bilər. Amma Rusiya əsgərlərinin bu hərəkətləri təxribatdır".

Tarix
2015.12.06 / 21:57
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev İƏT-in baş katibini qəbul etdi

Ceyhun Bayramov Tom Berendsenlə görüşdü

Berendsen Azərbaycandan Ermənistana gedəcək

İlham Əliyev Tom Berendseni qəbul etdi

İranın işi qəlizləşdi: Sərrafı naşı, Arifi nadan...

İlham Əliyev Avstriya prezidentini təbrik etdi

Ümid Özdağ Bakıya gəlir - Tarix

Azərbaycan XİN Avstriyanı təbrik etdi

Saralın istefasının dərhal ardından bunu yazdı...

Ərdoğan Azərbaycana qarşı çıxan Saralı istefaya göndərdi - Təcili

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla