Yuxarı

Özdağın komandası parçalandı: Ərdoğanı dəstəkləyəcəklər

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Özdağın komandası parçalandı: Ərdoğanı dəstəkləyəcəklər

Türkiyənin Zəfər Partiyasının Şanlıurfa və bu vilayətin Xəliliyə və Karakörpü mahal təşkilatlarında kütləvi istefalar olub.

Axar.az Teleqraf.com-a istinadən xəbər verir ki, istefa verən partiya üzvləri mayın 28-də keçiriləcək ikinci tur seçkilərində Cümhur İttifaqının namizədi, Prezident Rəcəb Tayyib Ərdoğanı dəstəkləmək qərarına gəliblər.

Kütləvi istefalarla bağlı açıqlama verən partiyanın Şanlıurfa təşkilatının sədri İbrahim Nəhya deyib:

“Ölkənin milli maraqlarını, milli bütövlüyünü nəzərə alaraq hazırkı prezidentimiz Rəcəb Tayyib Ərdoğanla Cümhur İttifaqına dəstək vermək qərarına gəldik. Buna görə də partiyamızdan ayrılırıq”.

Nəhya Zəfər Partiyasını böyük ümidlərlə qurduqlarını, amma onun öz hədəfindən yayındığını da söyləyib.

Qeyd edək ki, Zəfər Partiyasının sədri Ümid Özdağ ikinci turda Millət İttifaqının namizədi Kamal Kılıçdaroğlunu dəstəkləyəcəyini açıqlayıb.

Tarix
2023.05.27 / 12:44
Müəllif
Axar.az
Digər xəbərlər

Oranın azad edilməsi müharibənin taleyində mühüm rol oynadı

Azərbaycan üzərindən Kuşnerə 1 milyard köçürülüb?

Tramp hazırlaşır: İrana hücumun detalları

Azərbaycan və Hindistan XİN rəhbərləri görüşdü

İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul etdi

Zəmin hazırlanır: İrana hücum nə vaxt başlayacaq?

Bakı və Ankaraya qarşı planın əsas hədəfi - Akyar

Azərbaycan BMT-də mina təhlükəsi məsələsini qaldırdı

Qalibafdan sirli paylaşım: Çıx get! - Foto

TBMM-də çıxış: Əliyevi hədəf alanlar... – Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla