Yuxarı

Məşhur loqo rəngləri nə məna verir?

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Məşhur loqo rəngləri nə məna verir?

Dünyaca məşhur şirkətlərin adları qədər loqolarında istifadə edilən rənglər də bəzi mənalar daşıyır.

Heç düşündünüzmü Feysbukun loqosu niyə mavi və ağ rəngdən hazırlanıb?

Bəs "Koka-kola"nın loqosu niyə qırmızı və ağ rəngdən ibarətdir?

Bu suallara cavab tapmaq istəyirsinizsə, o zaman gəlin şirkətlərin loqolarında istifadə edilən rəngləri birlikdə analiz edək.

Axar.az dünyaca məşhur loqoların rənglərinin mənasını təqdim edir:

Feysbuk

Bu şirkətin mavi və ağ rəngli loqosu məhz Markın zövqünə görə seçilib. Şirkət rəhbəri mavi rəngi çox sevdiyindən loqo seçimində ona xüsusi üstünlük verib. Mark bu rəngin onun üçün əvəzolunmaz olduğunu deyir.

Quql

Şirkətin loqosunda rəng seçimlərini edən Ruth Kedar rəngləri çox sevdiyini, loqonu sadələşdirmək istəsə belə, onlardan imtina edə bilmədiyini deyir. Buna görə də hazırda şirkətin loqosu bir neçə rəngin birləşməsindən yaranıb.

"Koka-kola"

1890-cı illərdə yaranan bu şirkət qırmızı və ağ rəngi vergidən qorunmaq üçün seçib. Belə ki, o dövrün vergi şirkətləri "Koka-kola" məhsullarının daşınma zamanı onların spirtli içki olduğunu zənn edirdi. Lakin qırmızı və ağ rəngli loqo şirkəti bu anlaşılmazlıqdan xilas edib.

Bəs BMV şirkətinin loqosunun mavi və ağ olmasının səbəbi nədir?

Şirkət əvvəl təyyarə mühərriki istehsalı ilə məşğul olub. Bu səbəblə loqoda olan mavi səmanı, ağ isə təyyarə anlamını özündə əks etdirir.

Qeyd edək ki, adları çəkilən şirkətlər dünya bazarında olduqca əhəmiyyətli yerə sahibdirlər.

Tarix
2015.12.11 / 01:50
Müəllif
Fatimə İbrahimova
Digər xəbərlər

Bu, türk xalqları arasında tarixi addım olacaq - Mirziyayev

Birinci Türkoloji Qurultayın irsi bu gün də aktuallığını qoruyur

Buna görə İlham Əliyevə minnətdarlığımı bildirirəm

"Türk Dünyası Həftəsi"nin açılış mərasimi oldu

Bakı bu gün türk dövlətlərinin məqsədlərinə töhfə verir

İsrailin bu “jesti”ni Nikol vecinə almadı, Bakını isə sarsıtdı...

Rəsmi Bakıdan İsrailə reaksiya: Qəbuledilməzdir!

Bakıya kömək edənlərin “erməni soyqırımı” addımı... - Xaçikyan

Azərbaycan Səudiyyə Ərəbistanına başsağlığı verdi

Türkiyə və Azərbaycan paxlava ilə bağlı hərəkətə keçdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla