Yuxarı

Saakaşvili baş nazirliyə namizəd olur? - Nazir

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Saakaşvili baş nazirliyə namizəd olur? - Nazir

Hazırda əcnəbilərin Gürcüstanda keçiriləcək seçkilərdə iştirak etmək hüququ yoxdur.

Axar.az xəbər verir ki, bunu Gürcüstanın ədliyyə naziri Rati Breqadze Gürcüstanın eks-prezidenti Saakaşvilinin Baş nazir postuna namizədliyinin irəli sürülməsi planlarına münasibət bildirərkən deyib.

“Başqa ölkə vətəndaşının Gürcüstanın Baş naziri olub -olmaması məsələsi doğrudan da yumoristikdir. Ona Gürcüstan vətəndaşlığı lazımdır”, - o bildirib.

Breqadze vurğulayıb ki, Saakaşvilinin hazırda respublika vətəndaşlığı yoxdur və ona görə də dövlətin siyasətində iştirak edə bilməz:

“Gürcüstan Prezidenti Zurabişvilinin siyasətçinin vətəndaşlığının bərpası ilə məşğul olub-olmayacağı sualına isə ancaq onun özü cavab verə bilər. Bu, onun konstitusiya hüququdur. O, vətəndaşlıq verib-verməməyə qərar verməli olacaq. Saakaşvilinin Gürcüstan vətəndaşlığından imtina edib xarici dövlətin vətəndaşlığını qəbul etməsi həqiqətən də təəccüblüdür. Bu, çox qəribədir və dünya siyasətində çox da rast gəlinmir. Bu, həqiqətən acı bir fakt idi”.

Qeyd edək ki, Vahid Milli Hərəkat Partiyası 2024-cü ildə partiyanın qurucusu, Gürcüstanın eks-prezidenti Mixail Saakaşvilinin Baş nazir postuna namizədliyini irəli sürmək planlarını açıqlanıb.

Tarix
2023.06.09 / 16:07
Müəllif
Zeynəb Əkbər
Digər xəbərlər

Fələstin səfirliyi dəstəyə görə Azərbaycana təşəkkür etdi

Onlar antivətən xislətlərini yenə də büruzə verdilər...

Çin bu təcrübəni Azərbaycanla bölüşməyə hazırdır - Səfir

Sinin Trampa İran müharibəsi ilə bağlı mesajı...

Konqresin erməni şəbəkəsi: Bakıya qarşı oyun başlayır

Bakı-Ankara münasibətləri Astananı da narahat edir

Azərbaycan şirkətlərini Ukraynaya dəvət edirik - Şmıqal

ABŞ-da seçki: Demokratlar qalib gəlir

Səfirimiz Binəli Yıldırımla görüşdü

Ərdoğan Bakıya gəlir: Pərdəarxası məqamlar...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla