Yuxarı

Rəfiyeva Əl Qaidə əsirliyindən necə qurtuldu?

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Rəfiyeva Əl Qaidə əsirliyindən necə qurtuldu?

Yəməndə 37 yaşlı iki uşaq anası Qulruxsor Rəfiyeva silahlılara əsir düşüb.

Axar.az xəbər verir ki, tacik qadın Yəmənin Mərib şəhərində hərbi xəstəxanada tibb bacısı işləyib. Girovluqdan azad edilən Rəfiyeva vətənində BBC-yə müsahibə verib.

Onu girov götürənlər müqabilində qohumlarının həbsdən azad olunmasını tələb ediblər.

Hökumət rəsmiləri silahlıların Əl Qaidə üzvü olduqlarını açıqlayıb. Tibb bacısının azad olunması üçün danışıqlarda Tacikistan və Yəmən hökumətləri ilə yanaşı, yerli tayfa şeyxləri də iştirak ediblər.

Rəfiyevanın sözlərinə görə, yenidən Yəmənə qayıtmağa hazırdır, çünki ölkəsində aldığı maaş uşaqlarını dolandırmağa yetmir.

"Problem budur ki, orada qadın həkimlər yoxdur, hamısı xaricdən dəvət olunur. Məribdə məni hamı tanıyırdı, ona görə də oğurlananda bir çoxları azadlığımı tələb edən aksiyalara qatıldılar. Mənə yemək-içmək verirdilər. Onlar mənə vəd etmişdilər ki, bir-iki günə buraxacaqlar. Məni oğurlayan kişilər həbsxanadan kimlərinsə azad olunması barədə söhbət edirdilər. Başa düşdüm ki, məni həmin adamlarla dəyişməyə çalışırlar. Mənə deyirdilər ki, özümə qarşı heç bir qərəzləri yoxdur. Mənə min dollar maaş verirdilər, vətənimdə isə təcrübəli tibb işçisi kimi 30 dollar maaş alıram. Yəmən xalqı və hökuməti mənə çox hörmətlə yanaşırdı və əməyimi qiymətləndirirdi", - deyə Rəfiyeva bildirib.

Tarix
2015.12.19 / 01:26
Müəllif
Emil Salamoğlu
Digər xəbərlər

Azərbaycanın notasından sonra - Gürcüstandan açıqlama

Ceyhun Bayramov Kiyevdəki səfirliyimizi ziyarət etdi - Foto

Xatirələrin kəndi: Sarıbaşdan qayıda bilmədim - Video

Zelenski buna görə İlham Əliyevə təşəkkür etdi - Bayramov

Azərbaycanın ABŞ-dakı səfiri senatorla görüşdü - Foto

Səidə Bəkirqızına qarşı məhkəmə - Qərar elan edildi

Ceyhun Bayramov Budanovla görüşdü

Azərbaycan da mövqeyini dəyişəcək - Çepa

Rusiya və Ermənistan arasında kritik telefon danışığı

XİN-dən bu ölkə ilə bağlı paylaşım

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla