Yuxarı

Çindən ABŞ-a sərt xəbərdarlıq: Hərbi təxribat

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Çindən ABŞ-a sərt xəbərdarlıq: Hərbi təxribat

ABŞ-ın Cənubi Çin dənizində təxribatçı addımları bölgədəki situasiyanı çətinləşdirir.

Axar.az xəbər verir ki, bu barədə məlumatı Çin Müdafiə Nazirliyi yayıb.

Nazirlik bildirib ki, ABŞ davamlı olaraq Cənubi Çin dənizinə öz hərbi gəmilərini yerləşdirir:

"Bu, bölgədəki vəziyyəti gərginləşdirir. Onlar həmçinin Nanşa adasına da özlərinin strateji bombardmançılarını göndəriblər. Amerikanın bu addımı ciddi hərbi təxribatdır. Biz öz müstəqilliyimizi və maraqlarımızı qorumaqdan ötrü bütün lazımı addımları atacağıq".

Qeyd edək ki, dekabrın 10-da ABŞ-ın iki B-52 strateji bombardmançı təyyarəsi Çinin hava məkanını pozub.

Pekinin Spratli adalarını zəbt etməsi Cənubi Çin dənizi ətrafında yerləşən ölkələrin narazılığına səbəb olub. Strateji əhəmiyyətli bölgə olan Spratli adalarının Çinin əlinə keçməsinə qarşı çıxan ABŞ bura özünün patrul gəmilərini göndərib. Çin Xarici İşlər Nazirliyi isə Vaşinqtonun bu addımını təxribat adlandırıb.

Tarix
2015.12.19 / 10:29
Müəllif
İlkin Həsənov
Digər xəbərlər

Azərbaycanın notasından sonra - Gürcüstandan açıqlama

Ceyhun Bayramov Kiyevdəki səfirliyimizi ziyarət etdi - Foto

Xatirələrin kəndi: Sarıbaşdan qayıda bilmədim - Video

Zelenski buna görə İlham Əliyevə təşəkkür etdi - Bayramov

Azərbaycanın ABŞ-dakı səfiri senatorla görüşdü - Foto

Səidə Bəkirqızına qarşı məhkəmə - Qərar elan edildi

Ceyhun Bayramov Budanovla görüşdü

Azərbaycan da mövqeyini dəyişəcək - Çepa

Rusiya və Ermənistan arasında kritik telefon danışığı

XİN-dən bu ölkə ilə bağlı paylaşım

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla