Planetimizin daxili təbəqələrdən - Yer qabığından,
mantiyadan və nüvədən ibarət olması hətta orta məktəblilərə də
məlumdur. Elə özümüzün də dərslik kitablarından öyrəndiyimiz kimi,
Yer qabığının qalınlığı 7-90 km dəyişir. Bundan sonra mantiya və
nüvə gəlir. Maraqlıdır ki, müasir dünyada, elmin yüksək inkişaf
səviyyəsində belə, bir çoxları Yer qabığının altında da yaşayışın
olması haqda iddialar irəli sürməyə başlayıblar.
Publika.az xəbər verir ki, indi bununla bağlı
bir sıra ölkələrdə araşdırmalar aparılır. Alimlər hesab edir ki,
Yerin altında həyat var.
Yerin altında yaşayışın olması haqda sənədli filmlərin çəkilməsi
bir yana, bəzi geoloqlar, tarixçilər və araşdırmaçılar bununla
bağlı əllərində konkret sənədlərin və faktların olduğunu
deyirlər.
Yerin altından gələn səs: "Dostlar, bu iş başınızı
ağrıdar, burdan gedin"
Faktlara keçək: 1984-cü ilin 27 sentyabrı – SSRİ geoloqları Kola
yarımadasında yerin daxilini öyrənmək işini davam etdirirlər.
Tarixdə ən dərin – 12 kilometrlik şaxta qazılır. Elə bu vaxt
şaxtanın dibindən səslər eşidilir. Geoloqlar şoka düşürlər.
Onlar belə uzun məsafəli dərinliyə daxil ola bilmədiklərindən
qazıntı işini aparan qurğuya xüsusi mikrofon və dinləmə cihazı
quraşdırıb onu quyunun dibinə endirirlər. Şaxtanın dərinliyindən
gələn səslər hər kəsi şoka salır. Səslər qışqırtılara, yalvarışlara
bənzəyir.
Hadisənin şahidi, texnika elmləri doktoru Aleksey Diaşev
bildirir ki, geoloqların qəbul etdikləri səslər qışqırtılara,
danışıqlara, ulamalara bənzəyirdi: "Lakin həmin dövr Sovet dönəmi
idi. Buna görə də olay ört-basdır edildi".
Bütün bunlar bir yana, səslərin gəldiyi yer də çox dərin idi.
Prosesə həmin dövrün ən təcrübəli geoloqları və araşdırmaçıları
cəlb edildi. Lakin elm adamlarının bu işə qarışmasından sonra
araşdırma prosesi dayandırıldı.
Aleksey Diaşev müəmmalı olayla bağlı ancaq bunları deyir: "Yerin
altından "dostlar, bu iş sizin başınızı ağrıdar, burdan gedin" –
səslərini eşitdik".
Yerin ən dərin qatına endirilmiş qurğunun şaxtadakı hissəsi iki
dəfə sıradan çıxdı. Bu, bəlkə də təsadüf idi. Lakin maraqlıdır ki,
qəza məhz səslərin dinlənilməsindən və lentə yazılmasından sonra
baş verdi.
Qeyd edək ki, Yerin 12 kilometr dərinliyindən SSRİ geoloqlarının
dinləmə cihazlarına yazılmış səslər bu günə kimi saxlanılır. Onu
"cəhənnəmdən gələn səslər" adlandırırlar. Alimlər səslərin doğru
olduğunu və onların həqiqətən də Yerin daxilindən gəldiyini təsdiq
etdilər.
Olaydan sonra Kola yarımadasındakı şaxtanı da "Cəhənnəmə gedən
yol" adlandırmağa başladılar.
Hitler niyə Tibetə xüsusi araşdırmaçı qrupu
göndərmişdi?
Lakin son vaxtlar məlum oldu ki, SSRİ geoloqlarının üzləşdikləri
və gizli saxladıqları müəmmalı olay bu qəbildən olan ilk müəmmalı
hadisə deyildi. Belə ki, uzun illər faşist Almaniyasının gizli
arxivləri ilə bağlı araşdırma aparmış hannoverli tarixçi Pyotr
Polun əlinə son dərəcə məxfi saxlanılmış kağızlar keçib. Onların
arasında Yerin altındakı yolları və onların girişini göstərən Tibet
xəritəsi də bu sənədlərin arasında olur.
Min illər yaşı olan bu xəritə alman generallarına Tibet
rahiblərindən biri tərəfindən verilib. Rahiblər nasistlərin
doğrudan da ədalətli bir dünya quracağını düşündüklərindən xəritəni
faşistlərə təqdim etmişdilər.
"Xəritə almanların əlinə 1939-cu ildə keçib" – deyən araşdırmaçı
bildirir ki, onun əlində Adolf Hitlerin 1940-cı ildə Tibetə xüsusi
araşdırmaçı qrupu göndərməsi haqda əmri var. Hitlerin bu məsələ ilə
belə maraqlanması heç də səbəbsiz deyildi. Onun əlində isə 1937-ci
ildə Qədim Alman Tarixini Araşdırma Cəmiyyəti – Anenerbenin
rəhbəri, qədim dövrlərin tədqiqatçısı German Virtin raportu
vardı.
Virt raportunda yazırdı: "Mənim fürerim, araşdırmalarımız bizə
dünyanın içinin (Yer qabığının) boş olduğunu, onun mərkəzində isə
Günəşin parladığını deməyə əsas verir. İçəridə həyat var. Biz orda
Atlantikanı tapacağıq.
"Mənim fürerim, sizin missiyanız dünyanın təkcə üstünü
deyil, içini də fəth etməkdir"
Hitler buna inanmış, qeyd etdiyimiz kimi, Tibetə xüsusi
araşdırmaçı qrupu göndərmişdi. Bundan əlavə, nasistlərin əlində
17-ci əsrdə yaşamış türk alimi tərəfindən hazırlanmış xəritə də var
idi. Həmin alim də Yerin altında həyatın olduğunu iddia edirdi.
Onun bir çox iddiaları Tibetlilərin iddiaları ilə üst-üstə
düşürdü.
Almanlar geoloji araşdırmalarla əsaslı nəticəyə nail ola
bilmədilər. İkinci Dünya Müharibəsinin başlanması və Almaniyanın
süqutu araşdırmaların sonunu gətirdi.
SSRİ-nin keçmiş geologiya naziri: "Baş verənlərdən şoka
düşmüşdük"
Hal-hazırda geoloqları, alimləri bu suallar düşündürür: - Yerin
altındakı səslərin mənbəyi hardandır? Torpağın hər 33 metr
dərinliyinə doğru temperaturun artmasını nəzərə alsaq, 12 kilometr
dərinlikdəki yüksək temperaturda canlılar necə yaşaya bilər?
1974-1989-cu illərdə SSRİ-nin Geologiya naziri vəzifəsində
çalışmış Yevgeni Kozlovski bu olaydan şoka düşdüklərini bildirib:
"Açığını deyim, baş verənlərdən şoka düşdük. Çünki həmin vaxta
qədər ən dərin şaxta ABŞ-da qazılmışdı. Lakin onlar belə bir olayla
qarşılaşmamışdılar".
Rusiya Elmlər Akademiyasının vitse-prezidenti Nikolay Laverov
qeyd edir ki, araşdırmalar zamanı digər maraqlı faktlar da ortaya
çıxdı. Məlum oldu ki, Yer kürəsi təxmin edildiyindən 1,5 milyard il
erkən yaranıb. Üstəlik, Yer qabığındakı belə yüksək temperaturda da
canlılar yaşayır.
Hərb elmləri doktoru Sergey Zenkeviç isə hesab edir ki, bəzən
Yer kürəsinin ayrı-ayrı yerlərində görünən, UNO-lar kimi təqdim
edilən müəmmalı varlıqlar əslində Yerin altında yaşayan
varlıqlardır. Bunu da nəzərdən qaçırmaq olmaz ki, Yerin altında
okeanlar, çaylar və göllər var. Və həmin su mənbələrinin də Yerin
üstündəki okeanlara çıxışının olması çoxdan sübut edilib.
ABŞ-a məxsus "Esse-7" kosmik aparatının Şimal qütbü üzərində
çəkdiyi foto bu istiqamətdə araşdırmaların davam etdirilməsi
zərurliyini ortaya çıxarıb. Kosmosdan çəkilən foto Yerdə gizli
dəliyin olmasını sübut edir.
Bu istiqamətdə alimlərin araşdırmaları hələ də davam edir.