Yuxarı

Dünyanı su müharibəsi gözləyir - Video

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Dünyanı su müharibəsi gözləyir - Video

Artıq dünyada içməli su uğrunda müharibənin başlandığını söyləmək olar.

Axar.az xəbər verir ki, son 50 ildə içməli su üstündə 37 konflikt qeydə alınıb.

ABŞ xüsus xidmət orqanları hesab edir ki, içməli su çox da uzaq olmayan gələcəkdə başlıca defisit resurslardan biri olacaq. Xidmət nümayəndələri əminliklə bildirib ki, onların hesablamalarına görə, yaxın 4 ildə ABŞ-ın milli təhlükəsizliyi içməli su qıtlığı sorunu ilə üz-üzə qalacaq.

Bu problemlə bağlı milli təhlükəsizlik strategiyası 2014-cü il sentyabrın 16-da qəbul edilib.

Əgər əvvəllər onlar enerji mənbələri uğrunda savaşlar aparırdılarsa, bundan belə əsas məqsəd içməli su mənbələrini ələ keçirilməsidir. Beləliklə, ABŞ yeni müharibəyə hazırlaşır.

Artıq su qıtlığı məsələsi ABŞ-da terrorizm, kütləvi qırğın silahlarının artması, infrastruktur obyektlərinə kiberhücumlar kimi problemlərlə yanaşı dayanır.

Hesablamalara görə, su qıtlığından birinci əziyyət çəkən ölkələr ABŞ, Hindistan, Filippin, Çin, Banqladeş və başqa ada dövlətləri olacaq.

Tarix
2016.01.02 / 17:46
Müəllif
Axar.az
Digər xəbərlər

Bu ölkə ilə münasibətləri nəzərdən keçirdik - Hacıyev

Prezident onları qəbul etdi - Foto

Zakir Həsənov Viktor Xreninlə görüşdü

Bu qanlı toqquşmaların coğrafiyası genişlənir...

Heç kimin qabağında baş əymirik və əyməyəcəyik!

Hesab edirsiniz ki, bunlar elə təsadüfən baş verir? Yox!

Prezident: Bu, xalqımızın mentalitetinə ziddir!

1968-ci ildə məni ora Heydər Əliyev göndəribmiş - Şeyx

Bu yaddaş imkan verməyəcək ki, yenə də şirin sözlərə aldanaq!

Avropa Şurası faktiki olaraq işğalı dəstəkləyib...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla