Yuxarı

Kürdlər türkmanları sıxışdırır – Xəritələr

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Kürdlər türkmanları sıxışdırır – Xəritələr

PKK-nın Suriya qanadı YPG qruplaşması ölkənin şimalında - Hələb və Rakka ətrafındakı ərazilərdə döyüşləri davam etdirir.

Axar.az xarici mətbuata istinadən xəbər verir ki, kürdlər Suriyanın şimalındakı üç rayonu nəzarətdə saxlayır: Qamışlı, Kobani şəhərinin ətrafı və Efrin. Adıçəkilən iki ərazidə onlar İŞİD-ə qarşı döyüşürsə, üçüncü ərazidə (Efrində) Bəşər Əsədə qarşı müxalif olan türkmanlarla vuruşur.

Dekabrın sonunda kürdlər İŞİD-in nəzarəti altında olan strateji əhəmiyyətli Tişrin su bəndini ələ keçirib. Tişrin Alepponun şərqində, Dəclə çayının üzərində yerləşir. Bununla İŞİD təkcə su bəndini deyil, Rakka və Hələb şəhərləri arasındakı magistral yolu da əlindən çıxarıb. Dünən YPG-nin daha iki ərazini ələ keçirdiyi haqda məlumat daxil olub. Bu, Tat Maraş və Tanab əraziləridir. Bununla da kürdlər Efrində üçüncü rayonu ələ keçirmiş olub.

Hazırda əsas həmlə Türkiyə sərhədi yaxınlığında yerləşən, silahlı türkman müxalifətinin əsas logistik mərkəzi olan Azez şəhərinədir. Hazırda türkmanların nəzarətində Hələb şəhəri ilə Türkiyə sərhədini birləşdirən kiçik dəhliz qalıb. Kürdlərin məqsədi türkmanların sərhədlə əlaqəsini kəsməkdir. Sözügedən dəhlizə qərbdən İŞİD yaraqlıları, cənubdan isə Bəşər Əsəd tərəfdarı olan İran silahlıları həmlələr edir.

Mütəxəssislərin fikrincə, YPG bilavasitə ABŞ-ın təsiri altında fəaliyyət göstərir. Belə olduğu halda, Qərbin Əsədə müxalif olan qüvvələrə münasibəti aydın görünür.

Tarix
2016.01.03 / 15:10
Müəllif
Rəfiqə Əlisəfa
Digər xəbərlər

İlham Əliyev Avstriya prezidentini təbrik etdi

Ümid Özdağ Bakıya gəlir - Tarix

Azərbaycan XİN Avstriyanı təbrik etdi

Saralın istefasının dərhal ardından bunu yazdı...

Ərdoğan Azərbaycana qarşı çıxan Saralı istefaya göndərdi - Təcili

Fransa niyə “dağılır”? - Alov Avropanı bürüyəcək

İlham Əliyev Tokayevi təbrik etdi

İrandan ABŞ-a yeni təklif: Hörmüzü açırıq, əvəzində...

1991-ci ildən sonra Rusiya ilə bağlı səhv etdik - Ruge

Urmiya gölü ilə bağlı yeni xəbər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla