Yuxarı

“Şeyx Nimrin edamı böyük müharibəyə səbəb ola bilər”

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Şeyx Nimrin edamı böyük müharibəyə səbəb ola bilər”

Səudiyyə Ərəbistanı və İran konfliktinin eskalasiyası genişmiqyaslı müharibəyə səbəb ola bilər.

Axar.az xəbər verir ki, bunu "Foks Nyus" telekanalına müsahibəsində ABŞ ordusunun Mərkəzi Komandanlığının keçmiş rəhbəri general Entoni Zinni söyləyib. Onun sözlərinə görə, bu situasiya regionda iqtisadiyyat və stabilliyin olmasını istəyən hər kəsi narahat edir:

"Ər-Riyad və Tehran arasındakı konflikt İŞİD-lə mübarizədən diqqəti yayındıracaq. Bu, region ölkələrinin daxilində qeyri-stabilliyi də artıracaq".

Qeyd edək ki, Səudiyyə Ərəbistanı yanvarın 2-də şiə din alimi Ayətullah Nimr Baqir ən-Nimr də daxil olmaqla 47 nəfəri edam edib. Bundan sonra Tehrandakı Səudiyyə Ərəbistanı səfirliyi yandırılıb. Səudiyyə buna cavab olaraq İranla diplomatik əlaqələri kəsib və Tehran səfirindən ölkədən getməsini tələb edib.

Tarix
2016.01.05 / 12:23
Müəllif
İlkin Həsənov
Digər xəbərlər

İlham Əliyev Avstriya prezidentini təbrik etdi

Ümid Özdağ Bakıya gəlir - Tarix

Azərbaycan XİN Avstriyanı təbrik etdi

Saralın istefasının dərhal ardından bunu yazdı...

Ərdoğan Azərbaycana qarşı çıxan Saralı istefaya göndərdi - Təcili

Fransa niyə “dağılır”? - Alov Avropanı bürüyəcək

İlham Əliyev Tokayevi təbrik etdi

İrandan ABŞ-a yeni təklif: Hörmüzü açırıq, əvəzində...

1991-ci ildən sonra Rusiya ilə bağlı səhv etdik - Ruge

Urmiya gölü ilə bağlı yeni xəbər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla