Yuxarı

Dünya xalqlarının qəribə inancları - Siyahı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Dünya xalqlarının qəribə inancları - Siyahı

Axar.az dünya ölkələrində yayılmış bəzi inancları təqdim edir:

Almaniyada geniş yayılmış inanca görə, spirtli içki içərkən qədəhi qaldırıb "şərəfə" demək digərlərinin ölməyini istəməyinizdən xəbər verir.

Malayziyada yastıqların üstündə oturmaq elə də məqbul davranış deyil. İnanca görə, bunu edən şəxsin ombasında və ya kürəyində çiban çıxacaq.

Dünyanın bir çox ölkəsində 13 rəqəmi nəhs rəqəm sayılır. Ancaq Çində 4 rəqəmi uğursuz rəqəm hesab olunur. Çünki bu rəqəmin çincə tərcüməsi "ölüm" kəlməsinə bənzəyir. Qeyd edək ki, çinlilər hər iki kəlməni "si" səsi ilə ifadə edirlər.

Hindistanda cümə axşamı və şənbə günləri saç kəsmək və ya yumaq olmaz. İnanca görə, bu, uğursuzluq gətirir.

Fransada itləri tapdalamaqla bağlı qəribə bir inanc var. Əgər sol ayaqla tapdalasanız uğur, sağ ayaqla tapdalasanız uğursuzluq gətirər.

Finlandiyada inanca görə, hörümçək öldürmək yağışa səbəb olur.

Seneqalda harasa səyahət etməyi fikirləşən şəxsin bu mövzunu heç kimlə bölüşməməsi ilə bağlı inanc vardır. Əks təqdirdə səyahət planlarında çatışmazlıq ortaya çıxa bilər.

Rusiyada geniş yayılmış inanca görə, boş vedrə daşımaq və ya boş vedrə daşıyan birini görmək uğursuzluq gətirir. Bunu Çar II Aleksandrın boş vedrə daşıyan sui-qəsdçinin qurbanı olması ilə də əlaqələndirənlər var.

Ruandada qadınlar keçi əti yeməkdən imtina edirlər. Deyilənə görə, keçi əti yeyən qadınların üzləri tüklənir.

Braziliyada bir insanın çantasını və ya pulqabısını yerə qoyması uğursuzluğa yozulur. İnanca görə, çantasını və ya pulqabısını döşəmənin üzərinə qoyan insan kasıblaya bilər.

Misirdə qayçını boş-boşuna əldə oynatmağın, açıb-bağlamağın uğursuzluq gətirəcəyinə inanılır. Bundan daha pisi isə qayçını açıq qoymaqdır.

İspaniyada otağa sol ayaqla daxil olmağın uğursuzluq gətirəcəyinə inanırlar.

Hollandiyada yemək masasında mahnı oxumaq yeyilən yemək üçün şeytana minnətdar olmaq mənasına gəlir.

Nigeriyada yayılan inanca görə, uşaqları dodağından öpmək uğursuzluğa səbəb olur.

ABŞ-ın bəzi əyalətlərində evlərin tavanında qəribə pəncərələr görmək olar. 19-cu əsrdə bunun ifritələri evlərdən uzaq tutduğuna inanılırdı. Hələ də bu inanca sadiq qalan insanlar var.

Tarix
2016.01.07 / 08:15
Müəllif
Aytac Qədirova
Digər xəbərlər

Azərbaycana girişinə qadağa qoyulan Yıldırım saxlanıldı

Vatikana dəlillər təqdim olundu: Erməni mənbələrə istinad...

Qardaşlığımıza dinamit qoymaq istəyənlər... - Ərdoğan

Azərbaycanda bu ölkənin səfirliyi açıla bilər

Bakıda kriminal söhbət və qətl: Niyə DTX əməliyyat keçirdi?

Azərbaycanın nüvə silahlarının ləğvi ilə bağlı mövqeyi...

Bu şəxslərin maaşları müəyyənləşdi

Azərbaycanla Vatikan arasında mühüm sənəd imzalandı

Dövlət müəssisələri ilə bağlı vacib qərar

İlham Əliyev Nuveyslə görüşü ilə bağlı video paylaşdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla