Yuxarı

Ukrayna ordusu rus zenitçiləri bu cür aldadır

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ukrayna ordusu rus zenitçiləri bu cür aldadır

“Storm Shadow” və “Scalp” qanadlı raketləri ilə hücumlar zamanı Ukrayna ordusu eyni vaxtda Rusiyanın hava hücumundan müdafiəsini yayındıran "yalançı" raketlər buraxır.

Axar.az xəbər verir ki, bunu israilli hərbi ekspert Devid Şarp Ukrayna ordusunun Sevastopola uğurlu raket hücumları endirməsini şərh edərkən deyib.

O qeyd edib ki, "Storm Shadow" və "Scalp" hava hücumundan müdafiə üçün çox çətin hədəflərdir. "Storm Shadow" çox aşağı hündürlükdə - 30 metrdə hədəfə uçur. Bu, onu aşkar etməyi və vurmağı çətinləşdirir.

Ekspertin sözlərinə görə, bu cür hücumlar zamanı Ukrayna ordusu zəif təlim keçmiş Rusiya zenitçilərinin diqqətini yayındıran "yalançı" raketlər buraxır.

"Rusiya Müdafiə Nazirliyi hesabatlarında heç də həmişə yalan danışmır - onlar tez-tez vurulmuş saxta hədəfləri həqiqi raketlərlə səhv salırlar. Bir neçə belə hədəf həmişə hücumlarda iştirak edir", - Şarp vurğulayıb.

Qeyd edək ki, ötən gün Rusiyanın Qara dəniz Donanmasının Sevastopoldakı qərargahı raket atəşinə tutulub.

Tarix
2023.09.23 / 09:00
Müəllif
Pərviz Həsənov
Digər xəbərlər

Dehli niyə Bakı ilə əməkdaşlığa qərar verdi?

Dövlət Baxçalı Rəşad Aslanovu qəbul etdi - Video

Ərdoğanın Əliyevi Ankaraya dəvət etməsi... - Baxçalı

İsraildəki seçkilər: Kim qalib gələcək? – Sorğu

Kuşnerə 1 milyard köçürülüb? – Azərbaycanın ”məsuliyyəti”...

İrəvan sülh sazişini ləngidərsə, Bakı tədbir görəcək

Azərbaycanlıların olduğu gəmiyə hücum... - Leyen

Ərəblər Azərbaycana dəstək bəyanatı yaydı

Prezidentlə Cayşankarın görüşünə dair - Videoçarx

Ceyhun Bayramov Hindistana dəvət edildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla