Yuxarı

İnkişaf Yolu Layihəsi nə vaxt tamamlanacaq? - Uraloğlu

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
İnkişaf Yolu Layihəsi nə vaxt tamamlanacaq? - Uraloğlu

İnkişaf Yolu Layihəsi 2028-ci ildə tamamlanacaq.

Axar.az "TurkicWorld"a istinadən xəbər verir ki, bu barədə Türkiyənin Nəqliyyat və İnfrastruktur naziri Abdulqadir Uraloğlu Bağdadda İraq rəsmiləri ilə görüş zamanı deyib.

“Bizim İraqda bu işin mümkün qədər tez görülməsi iradəsini yaxından görmək imkanımız oldu. Bu, əvvəlcə iki ölkənin, daha sonra Qətər və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) kimi dörd ölkənin bu iş üçün əsas məsuliyyəti öz üzərinə götürməsi ilə başlayan bir prosesdir. Qiymətləndirdik ki, əgər qonşu ölkələrdən iştirak və dəstək xahişi olarsa, buna da qapılarımız açıqdır”, – Uraloğlu bildirib.

O qeyd edib ki, İnkişaf Yolu Layihəsi çərçivəsində İraq ərazisində görüləcək iş 1200 kilometri əhatə edir.

“Türkiyə sərhədləri daxilində olan hissə təxminən 1600 - 1700 kilometrdir. Biz əslində görməli olduğumuz işlərin çoxunu görmüşük. Görülməli olan işlərlə bağlı tez hərəkət etmək lazımdır. Çünki alternativ yollar da irəli sürülüb. Burada daha yüksək səviyyəli yanaşma var və biz də bunu dəstəkləyirik. Fav Portun birinci mərhələsi 2025-ci ildə həyata keçiriləcək. Lakin biz bütün layihənin 2028-ci ildə tamamlana biləcəyini proqnozlaşdırırıq”, – nazir əlavə edib.

Tarix
2023.10.01 / 01:15
Müəllif
Axar.az
Digər xəbərlər

Türkiyə də Azərbaycanı təbrik etdi

Rusiya sülhməramlıları Qarabağdan buna görə çıxardı

Bu qardaş ölkə də Azərbaycanı təbrik etdi

Cəmi 23 saat 43 dəqiqə davam edən əməliyyat... - Deputat

İsrail Azərbaycanı təbrik etdi

Ceyhun Bayramov ABŞ-a yollandı

XİN-dən Dövlət Suverenliyi Günü ilə bağlı bəyanat

Biz qürurlu millətə çevrildik - xoşbəxt xalqıq!

Bu gün Xankəndi, Xocalı, Xocavənd və Ağdərə günüdür

“Əsrin müqaviləsi”nin imzalanmasından 32 il keçir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla